ORGİNAL VARİANT ÜÇÜN BURAYA TIKLAYIN (tıkladıqdan sonra açılmış səhifədə -xəbər #59) 1. Üzvlük haqqı 6 manat . 18 aprel 2010-cu il üzvlük haqqının verilməsinin son müddətidir. Qaliblərin mükafatlandırılmasına xərclənəcək.( Kitab , kubok, medal və s) II liqadan yüksək liqaya keçən komandaya hədiyyə veriləcək. 2.Səs-küy salan, hörmətsizlik edən oyunçular ilk xəbərdarlıq kimi bir neçə oyunluğa diskvalivikasiya ediləcək. 3.İştirak ərizəsində qeyd edilən 8 oyunçudan başqa oyunçu oynaya bilməz. 4. Nə? Harada? Nə zaman? bazasından, digər yarışlardan və s. gətirilmə sualların olmasın qəti qadağandır. V dövrənin sonunədək hansı komandanın suallar paketində bu cür hallar aşkar olunsa onun F 1 xalından hər sual üçün 1 xal silinəcək. Bu cür hal 10 sualdan çox olarsa komanda dövrədən, növbəti dövrələrdə təkrar olunarsa klubdan uzaqlaşdırılacaq. İstənilən klub üzvünün sivil, mədəni şəkildə appelyasiya xarakterli araşdırma aparmaq hüququ var. Bu hər biri klubun inkişafına hesablanan addımdır. 5.Dövrənin oyunlarının başlama günü: Bazar günü, başlama saatı 11.00. Dəqiq saatda (Bir dəqiqə də gecə ola bilməz) ilk sual oxunmalıdır. Buna görə sualları təqdim edən komanda ilk növbədə məsuliyyət daşıyır. 11.00-dan gec gələn komandaların gəlməsini gözləməyə borclu olmayan sual tərtib edən komanda özü gecikərsə ona qarşı cərimə sanksiyası tətbiq edilir. Gecikmə halı bağışlanmazdır. Əgər oyun göstərilən saatda başlamazsa komanda 10 manat məbləğində cərimə olunacaq. Və ötən turdakı F 1 xalından 3 xal silinəcək. 6.Turun sualları bazar günündən 2 gün sonra gec olmayaraq saytda yerləşdirilməlidir. Buna görə komandanın kapitanı cavabdehlik daşıyır. 7.Yuxarıda qeyd olunanlar yazılan dəqiqədən etibarən qüvvədədir. Tarix: 14 aprel 2010-cu il saat: 23:08 İmza: Ruslan Zeynalov
|