Yəqin xatırladız. Dəhşətli gün idi.
Saat 08:30 idi biz Latın dili dərsinə gedirdik. Həmişəki kimi ilk Universitet illərinin kefini çıxarmağa çalışırdıq. Hələ geydiyimiz ağ xalata ağ papağa tam öyrəşməmişdik. Dərsin axırlarına yaxın qrup yoldaşıma zəng gəldi, icazə alıb çölə çıxdı. İçəri girəndə rəngi sapsarı idi. Dedi Neft Akademiyasında atışma olub. Bir an özümü itirdim. Can dostum Tural orada oxuyurdu, əziz sinif yoldaşım Davud orada idi. Dəli kimi oldum.
Tez çölə çıxdım. 1-saylı şəhər xəstəxanası (Semaşko) tərəfdən kəsilməz ambulans səsi gəlirdi. Özümdən asılı olmadı. O tərəfə qaçdım. Turala zəng edirdim. Xətlər dolu idi. Lap dəli oldum.Eləbil havadan sıl qalmışdım. Ayaqlarımı yerə vur
...
Ardı »