Cümə axşamı, 21.Ноября.2024
İntellek2allar klanı
Sayt menyusu
Bölmənin kateqoriyaları
Мои статьи [15]
Statistika

Cəmi onlayn: 5
Qonaq: 5
İstifadəçi: 0
Giriş forması
Ana səhifə » Məqalələr » Мои статьи

Çatma sən çöhrəni,ey nazlı hilal...!!!
... Könül ŞAMİLQIZI

... Bir adam təsəvvür edin – üzündən abır-həya, davranışından, danışığından qanacaq yağır, içindəki incikliyə, üzüntüyə, əlacsızlığa rəğmən sifətindəki təbəssümü onu üzən dövlətin vətəndaşlarından əsirgəmir. Çünki gerçəkdən qardaş sayır…

Bir də ikinci bir adam düşünün – üzündən yekəxanalıq, zorbalıq, davranışından, danışığından ətrafa nifrət, qəzəb yağır. Ədasından yanından keçmək mümkün deyil. Ölkəsindən sevgisini əsigrəməyən başqa ölkənin vətəndaşlarını bir kənara buraxın, öz ölkəsinin vətəndaşlarını belə hər an ayağının altına salıb tapdamağa hazırdı – az qala “niyə nəfəs alırsınız” deyəcək…

Birinci adam diplomatdı, ikinci adam mühafizəçi. Ağzınızın ucuyla mühafizəçi deyib keçməyin, o, prezidentin mühafizə xidmətindəndi, yəni daha yuxarı “klas” mühafizəçisi, kəsəcəyi başa, atacağı daşa sorğu yoxdu – ətrafında qarışqa kimi gördüyü adamlara o görüntünü verir…

İndi bir də bir səhnə gətirin gözünüzün qabağına – Şəhidlər xiyabanının önündə toplaşıb gözləyən jurnalistlərə dünyanın ən aşağı məxluqu kimi baxıb üzünü çevirən, üzündə təbəssüm gördüyü jurnalistə “nəyə gülürsən, sənə nəsə başa salmaq lazımdı?” deyə alışdığı leksikona uyğun ifadələrlə hədə-qorxu gələn, bayraq dirəklərinin kəsilməsindən danışan qəzetçilərə “yaxşı eləyib kəsiblər, bunların özlərini burdan rədd eləmək lazımdı” deyə bozaran “üst klas” mühafizəçinin gözü həmin o abırlı-həyalı, səsindən belə tərbiyə, təvazökarlıq yağan diplomat və onunla bərabər gələn iki nəfəri alır. Və dialoq başlayır:

Mühafizəçi (qəzəbli və aşağılayıcı tonla):
- Siz kimsiniz?
Diplomat (sakit və təmkinli tövrlə):
- Türkiyə səfirliyindənik…
Mühafizəçi (sifətindəki qəzəbi qatılaşdıraraq):
- Burda nə işiniz var?
Diplomat (arxadakı müşavirlik binasını göstərərək):
- Burda otururam mən, dini müşavirəm…
Mühafizəçi (buraların sahibi ədasıyla):
- Bura keçmək üçün icazə almısınız?
Diplomat (eyni sayğılı üz ifadəsi və eyni sakitliklə):
- Kimdən icazə almamız lazımdı? Bura gələn mənim nazirimdi…
Mühafizəçi (qəzəbli tonla):
- Yox e, bu tərəfə keçmək üçün icazə almısınız?
Diplomat (təbəssümlə):
- İcazə almalıyıq?
Mühafizəçi (əlacsız, amma hikkəylə):
- Yaxşı, keçin…

Burda səhnə bitir. İndi siz həmin mühafizəçini o kadrda yerində saxlayıb, türk diplomatın yerinə bir rus diplomat qoyun. Sizcə, həmin mühafizəçi həmin diplomatın qarşısında elə “qoçuluq” eləyə bilərmi? Məncə, eləyə bilməz, hətta iri gövdəsini, heybətli vücudunu gizləmək üçün büzüşər, ikiqat olar, üzündən o nifrəti silib müti bir ifadə də verər. Çünki o mühafizəçi bir dövlətin başında dayananların digər dövlətə münasibətinin çox primitiv, çox qaba ifadəçisidi…

İndi ikinci səhnəni canlandırın beyninizdə. Beynəlxalq toplantı (Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı) keçirilən bir binanın qarşısında indiyə qədər əsgəriylə, diplomatiyasıyla, vətəndaşıyla, iqtidarı-müxalifətiylə, topu-tüfəngiylə, bayrağıyla, qanıyla-canıyla sizin yanınızda olan bir dövlətin təmsilçisini gətirən maşın dayanır. Üzərində sizin dar gününüzdə çağırdığınız, həsrətlə gözlədiyiniz, baxıb çırpındığınız al bayraq olan maşından o bayrağın təmsil etdiyi dövlətin naziri enib zala girər-girməz birinci səhnədəki mühafizəçi (və ya onun başqa bir oxşarı) peyda olur. Maşının üstündən o bayrağı hikkəylə çıxarıb cibinə qoyur və uzaqlaşır.

Bir də nazir içəridən çıxıb gedəsi olduğu anda – o da məcburən, hər halda – gətirib bayrağı yerinə taxır. Siz həmin mühafizəçinin və ya ona “Türkiyə bayrağı ortada çox görünməsin” tapşırığı verənlərin Rusiya bayrağına, Rusiyanın nazirinə münasibətdə bu cəsarəti, bu hikkəni nümayiş etdirə biləcəyini təsəvvür edirsinizmi? Mən etmirəm…

Və üçüncü səhnə. Səhnədə iki nazir var, şəhid məzarlarının önündə dolaşırlar – birinin beynində, dilində və hətta sifətindəki ifadədə böyük ideallar, böyük xəyallar, böyük gözləntilər, o birinin gözündə “bu nə danışır” sualının tam oturmuş əksi.

Biri gərginliyi azaltmağa, hətta onun üçün nə qədər əzici, üzücü, ağrıdıcı olan səhnəni görmək əziyyətinə qatlanıb böyüklük göstərməyə çalışır, “nə etsəniz belə sizin yanınızda olacağıq, sizə arxamızı çevirməyəcəyik”, “yanlışlıq varsa, onu edəni cəzalandıracağıq” deyir; o biri hər halda, bu böyüklüyü qorxaqlıq deyə qavrayıb, anlamı olmayan inad, mənasız qürur, ölçüyəgəlməz ərköyünlük nümayiş etdirir, “siz hələ bir addım atın, biz sonra baxarıq” ədası sərgiləyir. Çünki o, qarşısındakının hər şeyə rəğmən, hətta ən pis münasibətə baxmayaraq öz nəzakətini pozmayacağını, “göy yerə ensə belə” sevgisini, qardaşlığını əsirgəməyəcəyini, hikkəyə hikkəylə cavab verməyəcəyini çox gözəl bilir…

İndi siz həmin ədalı naziri o kadrda yerində saxlayıb, digərini çıxarın və yerinə bir rus nazir qoyun. Sizcə, həmin ədalı nazir düşmənini durmadan silahlandıran, torpağının işğalında birbaşa rol oynayan dövləti təmsil edən həmin rus nazirin qarşısında da həmin qüruru, hikkəni, ərköyünlüyü nümayiş elətdirə bilərmi?

Təsəvvür etmənizi təklif etdiyim hər iki səhnəni ayrı-ayrı zamanlarda müşahidə elədiyim üçün mən deyirəm ki, edə bilməz. Uzaqbaşı, “biz silahla bağlı məsələni dəqiqləşdirəcəyik” deyər (Rusiyadan tələb edirik yox, biz dəqiqləşdirəcəyik!), rus nazirin onun gözünün içinə baxa-baxa dediyi “biz erməniyə silah-filan satmırıq, yalan deyirsiniz” iddiasına isə, ümumiyyətlə, reaksiya verməz. Çünki o, təmsil etdiyi iqtidar hər şeyə rəğmən, hətta ən pis münasibətə baxmayaraq Rusiyaya könüldən bağlıdı – Türkiyə on barmağını şam eləsə, pərvanə olub başımıza dolansa belə, o nazirin iqtidarının Rusiyaya olan bağını qopara, Rusiyadan asılılığını azalda bilməz…

Odu ki, əslində başlıqdakı sualımın cavabı – Türkiyəyə qarşı bu şiddətin, bu qəzəbin səbəbi mənə aydındı.

Amma indi müşahidə olunan Türkiyə bayrağının götürülməsinə etirazını ifadə edənləri bəsit şantac üslubuyla Azərbaycan bayrağını sevməməkdə suçlayanlara inad, yenə də “Çatma, kurban olayım, çöhreni ey nazlı hilal!” deyirəm.

Çünki “Türklər burdan rədd olsun” demə cəsarətini o qaba mühafizəçiyə verən, Türkiyə hökumətinə acıq bəhanəsiylə Türkiyə dövlətinə savaş açan siyasətə rəğmən, bu siyasətə heç bir dəxli olmayan Azərbaycan insanının Azərbaycan qədər Türkiyənin də namusunu hifz etməyə, bayrağını yüksəltməyə müştaq olduğuna inanıram.

Çünki hətta müştaq olmayan iqtidarın da Türkiyə bayrağını yığışdırmaqla Türkiyə sevgisini azaltmağa nail olmayacağını gün kimi bildiyinə əminəm.

Çatma sən çöhrəni, ey nazlı hilal…

Kateqoriyalar: Мои статьи | Əlavə etdi: Abettor (28.Октября.2009) | Müəllif: Vüqar
Baxılıb: 1177 | Şərhlər: 9 | Reytinq: 0.0/0
Cəmi şərhlər: 7
7 IDEAL  
0
Məqalədə peşekarlıq his olunur. Çox bəyəndim.
Siyasət barədə isə onu deyə bilərəm ki, Siyasətdə qardaş sözünün işlənməsi belə siyasətdir. Ümumiyyətlə siyasətdə boş ifadələr olmur. Yəni Xalqa təqdim olunan Hər bir ifadə kimlərinsə marağına xidmət göstərir. Maraq dəyişdiyi zaman isə yeni cəlbedici ifadələr təbliğ olunmağa başlanır.

6 VIP_group  
0
evala salam Xanim sizin bu maqele edebi cehetden cx super meqaledi ama meni bagislayin diyesen siyasetiniz edebiyatiniz kimi guclu deyil....

5 wuluksklar  
0
niye gorsenmirsiz?

4 Nayemnik-666  
0
Biz Türklərin bizə olan münasibətini gördük...Bütün bu olanlardan sonra mənə elə gəlir ki əlavə şərhə ehtiyac yoxdur...Hətta Türkiyə kimi bir böyük dövlətə də kimlərsə təzyiq göstərə bilir...Hər belə təzyiqdən sonra "qardaş" dediyi bir ölkəni pis vəziyyətdə qoyan millətə mənin nə sözüm ola bilər...

3 Abettor  
0
Hər yazının oz istiqameti var Fuad heftebecere ehtiyac nedi?

2 SIMsim  
0
Heqiqtlerle doludu,ama bir defe de olsun,Bursadaki bayragimiza edilen heqaretden danisilmadi...

1 Abettor  
1
Hərşeyi özü deyib, artıq nə deyəsən?

Ancaq qeydiyyatdan keçmiş şəxslər şərh edə bilər
[ Qeydiyyat | Giriş ]
Yeniliklər
Yeni məqalələr
[19.Октября.2009][Мои статьи]
Yubiley Kuboku baş tutdu !!! (6)
[28.Октября.2009][Мои статьи]
Çatma sən çöhrəni,ey nazlı hilal...!!! (9)
[30.Октября.2009][Мои статьи]
ATAMA MEKTUB...! (9)
[03.Ноября.2009][Мои статьи]
SimClub (3)
[06.Ноября.2009][Мои статьи]
TARİXDƏN QƏRİBƏ HƏQİQƏTLƏR (3)
_____________________________ Forumda yeniliklər
  • Canlı intellekt oyunu (167)
  • Qış kuboku (64)
  • Rəylər və təkliflər (52)
  • Axtarış
    Mini çat
    Renessan© 2024
    Конструктор сайтов - uCoz