Cümə axşamı, 21.Ноября.2024
İntellek2allar klanı
Sayt menyusu
Bölmənin kateqoriyaları
Мои статьи [15]
Statistika

Cəmi onlayn: 1
Qonaq: 1
İstifadəçi: 0
Giriş forması
Ana səhifə » Məqalələr » Мои статьи

TARİXDƏN QƏRİBƏ HƏQİQƏTLƏR
TARİXDƏN QƏRİBƏ HƏQİQƏTLƏR
 
MİSİR TARİXİ - Ölü Ticarəti
 
Qədim Misir din adamları, xalqın dini inanclarından sui istifadə edərək zənginləşirdi. Bu zənginlik və güc o hala gəlmişdi ki, fironlar belə bəzi dövrlərdə din adamları ilə bacarmaqda çətinlik çəkirdilər. Misir xalqının hamısı eyni inancda olmadığı şübhəsizdir. Bəzi dövrlərdə necə isə məzarlar tapılıb soyulmuş, mumiyalar yerindən çıxarılaraq dağıdılmışdır. Öldükdən sonra tanrıların arasında olacaqlarına inanan fironlar, öz cəsədlərini də qoruya bilməmişdilər. İyirminci əsrin əvvəllərində, bir çox mumiya oğurlanaraq muzeylərə aparılmışdır. Açıq aşkar ölü ticarəti edilmişdir, ancaq maraqlılar üçün qeyd edək ki, satılan mumiyaların hamısı çox da qədim deyil. Qızmar səhraların qumu cəsədləri bir neçə ildə qurudaraq mumiyalanmış kimi göstərməkdədir. Qədim Misir dövrü ilə heç bir əlaqəsi olmayan bəzi cəsədlər qızmar qumlardan götürülərək lentlərlə sarılıb satılmışdır.
 
Çin Olan Röya
 
Firon II Ramzes, bir gecə yuxusunda böyük bir atəş görür. Qüdsdən çıxan atəş böyüyərək Misirə yaxınlaşır və İsrailoğullarının evlərindən başqa digər evləri yandırır. Firon, röyasını təbircilərə danışdıqda, onlardan İsrailoğullarından çıxan bir insanın Misirdə qurulan intizamı pozacağını öyrənir. II Ramzes, İsrailoğullarının bundan sonra doğulacaq bütün oğlan uşaqlarının öldürülmələrini əmr edir. Bu əmrlə minlərlə uşaq öldürülür. İsrailoğulları arasında çıxan bir xəstəlik də yayılmış bir çox yeniyetmə kişini öldürmüş və qadınlar dul qalmışlar. Bu da İsrailoğullarının əhalisini xeyli azaltmışdı. İsrailoğullarından bir ana yeni doğulan uşağını fironun adamlarından xilas etmək üçün bir səbətin içinə qoyaraq Nil çayına buraxır. Çay, fironun sarayının yanından keçirdi. Çayın üstündə axıb gedən səbətin içindəki körpəni görürlər və götürüb fironun yanına gətirirlər. Bu körpə Hz. Musa (əs) idi. Firon, xanımının israrlı ricasından sonra bu uşağı öldürməkdən yayınır və onu sarayında böyüdür. II Ramzes illərdən sonra onu birtəhər edəcək insanı sarayı böyütdüyünün fərqində deyildi. Yuxusunun təbirini etdirmiş, başına gələcəkləri də öyrənmiş və qorxmuşdur. Bildiyinə baxmayaraq mane ola bilməmişdi. Qurduğu intizamı dağılmış, Hz. Musa (əs) ilə mübarizə nəticəsində ölmüşdür.
 
Qurbanlıq qızlar
 
 Misir, ətrafı səhralar əhatə olunmuş bir ölkədir. Nil bu ölkənin həyat damarı kimidir. Həyat sanki bu çayın ətrafında formalaşır. Çayın daşmadığı illərdə böyük qıtlıq müşahidə olunur. Nilə olan ehtiyacdan hər halda Misir xalqı vaxt keçdikcə onu ilahlaşdırmışdır. Misirin Müsəlmanlar tərəfindən idarə olunduğu dövr idi. Amr bin As Misir valisi idi. Bir gün yerli xalqdan bir qrup valinin yanına gəlir. "Ey komandan! Bizim Nil çayı üçün qədimdən bəri adətimiz var. Onu etməsək çay daşmaz. Bunun da nəticəsində quraqlıq olar.” - deyirlər. Vali, "Bu adət nədir?” deyə soruşdu. Onlardan biri isə belə cavab verdi: "Biz iyun ayının on ikinci günü, bakirə bir qızı ana və atasını razı etdikdən sonra götürüb onu bəzəyərik. Sonra da onu Nil çayına atarıq” – deyir. Bunu eşidən Amr bin As, "İslamda belə bir şey yoxdur. Bizim dinimiz bu cür batil şeyləri ləğv etmişdir” deyib belə cani bir adətə icazə vermir. Misirdə bu yanlış adət beləliklə dayandırılır. Bu adət çox qədimdən var idi və bəlkə nə qədər məsum insanın ölməsinə səbəb olmuşdu.
 
Mənbə - Tarixdən Qəribə Həqiqətlər, Rəmzi Çavuş, İstanbul, 2006
Kateqoriyalar: Мои статьи | Əlavə etdi: Abettor (06.Ноября.2009) | Müəllif: Vüqar
Baxılıb: 1199 | Şərhlər: 3 | Reytinq: 0.0/0
Cəmi şərhlər: 3
3 IDEAL  
0
Çox maraqlıdır ki mən Qurbanlıq qızlar məsələsini başqa cür oxumuşdum. Bu məlumat isə 2əsrə aiddir. Hadisələr isə çində baş verir. Şəhərin böyüyü həmin mərasimə gəlir və deyir ki qız o qədər qəşəng deyil və bu səbəbdən kahini çaya atır ki getsin çay allahına bunu başa salıb üzr istəsin. Daha sonra kahinin qayıtmadığını qeyd edib qalan kahinləridə bir bir onun arxasınca danışıqlara göndərir. beləcə qızı çaya qurban vermək istəyənlər danışığa gedəcəklərini görüb fikirlərindən dönürlər.

2 ulvi  
0
ALLAHa wukur bugun 2xal yigdiq pray

1 ulvi  
-2
haminin bildiyi melumatlar...mayya,asteklere movzularina muraciet etseniz yaxwi olar...amma yene de sag olun book pray

Ancaq qeydiyyatdan keçmiş şəxslər şərh edə bilər
[ Qeydiyyat | Giriş ]
Yeniliklər
Yeni məqalələr
[19.Октября.2009][Мои статьи]
Yubiley Kuboku baş tutdu !!! (6)
[28.Октября.2009][Мои статьи]
Çatma sən çöhrəni,ey nazlı hilal...!!! (9)
[30.Октября.2009][Мои статьи]
ATAMA MEKTUB...! (9)
[03.Ноября.2009][Мои статьи]
SimClub (3)
[06.Ноября.2009][Мои статьи]
TARİXDƏN QƏRİBƏ HƏQİQƏTLƏR (3)
_____________________________ Forumda yeniliklər
  • Canlı intellekt oyunu (167)
  • Qış kuboku (64)
  • Rəylər və təkliflər (52)
  • Axtarış
    Mini çat
    Renessan© 2024
    Конструктор сайтов - uCoz