Cənubi Afrikada yerləşən Uonderston Gümüş mədənində işləyən işçilər quyu qazmağa çalışdıqları bir vaxtda şəkildə gördüyünüz bu metal kürələrə rast gəlirlər. Tapılmış bu kürələrin sayı isə 200-də çox idi. Kürələr bir az elpsvaridi, diyametrləri isə 1və 10 santimetr arasında müxtəlif ölçülərdədir. 1979-cu ildə kürələrin bir neçəsi Uituaterstand universitetindən geologiya elmi üzrə mütəxəssis olan professor J. R. Mklver və Postsşefstrum universitetindən professoru Andres Bisçoff tərəfindən tədqiq edildi. Kürələrin bəzilərində bir və ya iki santimetrlik incə qabıq tapıldı. Bu incə qabıq sayəsində kürələrin içərisini açmağa çalışdılar. Kürələr qırılaraq açıldığında isə içindən hava ilə təmas etdiyi zaman külə dönən çox qəribə bir maddə çıxdı. Alimlər nə kürələrin qabığının nə də içindəki maddənin quruluşu barədə hər hansı bir elmi açıqlama verə bilmədilər. Bu kürələrin maddə qurluşu tapıldıqları yerdə olan qayaların maddə quruluşuna isə heç uyğun gəlmirdi. Alimləri isə şoka salan başqa bir şey oldu. Radio-izotop vasitəsi ilə kürələrin düzəldildiyi vaxtı öyrənməyə çalışdıqları zaman analizin nəticəsi 2,8 və ya 3 milyad il göstərdi. Cənubi Afrikada Klerksdrop Muzeyinin işçisi Roel Marx bu qəribə izaholunmaz kürələrin enerji yaydıqlarını hiss etdi və bu da yeni bir izaholunmaz fakt olaraq kürələrin "taleyinə” yazıldı. Məsələ burasındadır ki, bu kürələr öz ətraflarında fırladıldıqda ətrafa gəribə bir enerji yayır və dayandırıldıqda isə bir müddət enerjini yaymağa davam edirlər. Hələ də alimlər bunun nə tip bir enerji olduğunu və necə meydana gəldiyini izah edə bilmirlər.
|