Statistika |
Cəmi onlayn: 1 Qonaq: 1 İstifadəçi: 0 |
|
Namazın Qəzası Varmı?
İslamda əməli olaraq Allaha təqdim edilən ən fəzilətli ibadət şübhəsiz ki, namazdır.
Bu səbəblə də İslam, namaza və onunla əlaqəli məsələlərə çox ciddi sürətdə tədbirlər almış və qulun qiyamət günü ilk hesabını verəcəyi əməlinin də namaz olduğunu xəbər vermişdir.
"..... عن عبد الله بن قرْط رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: أول ما يحاسب عليه العبد يوم القيامة الصلاة ، فإن صلحت صلح سائر عمله وإن فسدت فسد سائر عمله
{ …… Rəsulullah (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!) belə buyurdu: Qulun, qiyamət günündə ilk hesab verəcəyi əməli heç şübhəsiz " namazıdır ". Əgər namazından qurtuluşa çatsa, digər əməllərindən də qurtuluş tapar. Əgər namazı batil olubsa, digər əməlləri də batil olar. } TƏBƏRANİ . KƏBİR: 10435.N ƏHMƏD . MÜSNƏD: 4 / 103 S . SƏHİHƏ: 1358 - 1748.N SƏHİHi TƏRĞIB: 376.N
Və bununla birlikdə namazı şüurlu bir şəkildə tərk edənlərin də islamdan çıxacağını bir çox dəlillərlə xəbər vermişdir… İslamın bu məsələdə gətirmiş olduğu Ayə və hədisləri, mövzuyla maraqlananlar çox yaxşı bilərlər.
Amma təəssüf ki bu qədər dəlillərə baxmayaraq məsələni sulandıran və namaz kimi çox əhəmiyyətli bir ibadəti, " Necə olsa qəza edərəm " deyərək tərk edən və hətta bu tərk etdikləri namazları illər sonra qəza etməyə çalışan insanlar olmuşdur.
Görəsən həqiqətən onların iddia etdiyi kimi, namazı şüurlu olaraq vaxtında qılmayıb, onu başqa bir zamanda əda edə bilərmi bir müsəlman?
Və ya, yenə bu insanların iddia etdikləri kimi 5-10 il namaz qılmayıb, illər sonra bu namazları qəza edə bilərmi bir insan?
Bu məqaləmdə bu mövzudan bəhs edib və məsələnin Quran və Sünnə ilə qanuni olub olmadığına baxacağıq. Çünki bir az əvvəl də ifadə etdiyimiz kimi , bu məsələ çox həssas və əhəmiyyətli bir mövzudur.
Qiymətli qardaşlarım və bacılarım! məsələyə namazın tərki ilə əlaqəli bilinən həqiqətləri xatırladaraq girsək, mövzu dahada gözəl aydın olacaq inşəallah . O həqiqətlərdən biri də məlum olduğu kimi, bir vaxt da olsa namazı tərk edən bir kimsənin bütün əməllərinin puç olacağıdır.
وقال أبو الدرداء: قال رسول الله صلى الله عليه وسلم:" من ترك الصلاة متعمداً فقد حبط عمله "
رواه أحمد ورجاله رجال الصحيح.
{ …. Əbu Dərda (Allah ondan razı qalsın!) belə dedi: Allah Elçisi (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!) buyurdu ki: {"Kim bilərək namazı tərk etsə bütün əməllərini puç olacaqdır." }
Bu Hədisi Əhməd Müsnədin də rəvayət etmişdir. Heysəmi Məcmauz-Zəvaid də bu rəvayətin raviləri Səhihin raviləridir demişdir. MƏCMAUZ ZƏVAİD: 1 / 295 . 1639.N
" ..... أن أبا المليح حدثه قال: كنا مع بريدة في يوم ذي غيم، فقال: بكروا بالصلاة فإن النبي صلى الله عليه وسلم قال: من ترك صلاة العصر حبط عمله "
{ … Əbul Məlihdən, belə dedi: Biz Bureydə (Allah ondan razı qalsın!) ilə buludlu bir gündə Qəzadaydıq. Bureydə (Allah ondan razı qalsın!) bizə xitab olaraq belə dedi: İlkindi namazını vaxtında qılın, çünki rəsulullah (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!) buyurdu ki: "Kim ilkindi namazını tərk etsə onun bütün əməlləri boşa çıxar " } BUXARİ: 2.C.617.S NƏSƏİ: 1.C.473.N
Vəziyyət belə ikən namazı şüurlu olaraq necə tərk edə bilərik ki ? … Və ya başqa bir ifadəylə, tərki olmayan bir şeyin qəzası necə edilə bilər ki ? …
Mən müsəlman qardaşlarımın diqqətinə bunu çatdırmaq istəyərəm: " Əgər bir müsəlmanın şüurlu olaraq tərk etdiyi namazının qəzası olsaydı, qadınlar heyz gördüklərində tərk etdikləri namazlarını təmizləndikdən sonra qəza edərdilər. Çünki qadın xəstələndiyi zaman namazı da orucu da tərk edər. "
Amma İslam, qadınların təmizləndikdən sonra oruclarını qəza etmələrini əmr etmiş, namazlarını isə qəza etmələrini əmr etməmişdir.
{ ….. Əbu Səid əl-Xudri (Allah ondan razı qalsın!)dən Rəsulullah (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!): …Qadın aybaşı gördüyü zaman namaz da etməz oruc da tutmaz … } BUXARİ: 4. C. 1820.S
{ …. Aişə (Allah ondan razı qalsın!)dən Belə demişdir: Biz, peyğəmbər (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!)ın yanında ikən ramazanda adət görərdik. Təmizləndikdən sonra bizə orucu qəza etməmizi əmr edərdi. } İBNİ MACƏ: 4.C.1670.N
{ …. Muaza əl-Ədəvi (Allah ondan razı qalsın!)dən rəvayət edildiyinə görə bir qadın Aişə (Allah ondan razı qalsın!)yə: " Heyz görən bir qadın namazı qəza edəcəkmi ?" deyə sual soruşdu. Aişə (Allah ondan razı qalsın!): " Sən hərurilərdənsənmi? Biz Rəsulullah (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!)in yanında aybaşı gördüyükdə namaz qılmazdıq və qəzası ilə də əmr olunmazdıq " deyə cavab verdi. } TİRMİZİ: 1.C.130.N NƏSƏİ: 1.C.381.N
Görüldüyü kimi bu dəlillər, üzr olmadan, bir müsəlmanın şüurlu - yəni iradəsinə bağlı olaraq - bir vaxt da olsa namazı tərk edə bilməyəcəyinə açıqca dəlalət edir.
Üzr isə, insanların təyin etdiyi şeylər deyil, İslamın təyin etdiyi şeylərdir. Bunlar da, qadınlarda xəstələnmə - yəni heyz halı - , ümumən qadın və kişilərdə isə, yatma və unutma halıdır. Bunların xaricində heç bir şey, namazın tərki üçün üzr qəbul edilməz.
Bəsirətli bir müsəlman bu barədə bunu əsla unutmamalıdır ki, " Allah qatındakı üzrün təyini, insanların seçdikləri ilə deyil, Allahın seçdikləriylədir."
Yəni, bizim üzr olaraq gördüyümüz və ya təyin etdiyimiz şeylər Allah qatında üzr qəbul edilməz, üzr ancaq Allahın təyin etdiyi şeylərdir.
Elə isə təkrar vurğulayaraq ifadə edək ki, bu barədə bir müsəlman üçün üzr ancaq, " heyz halı " "unutqanlıq halı" və "yuxu halı" dır.
Heyz olan qadının namazı tərk edəcəyi və bu halının da şəri bir üzr olduğu bir az əvvəl dəlillərlə izah edildi. İndi isə Yuxu və unutqanlıq halının şəri üzr olduğunu izah edən dəlilləri zikr edək.
… عن أنس بن مالك ؛ أن رسول الله صلى الله عليه وسلم قال:من نسي صلاة فليصلها إذا ذكرها. لا كفارة لها إلا ذلك .
{ …. Ənəs İbni Malik (Allah ondan razı qalsın!)dən Rəsulullah (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!) buyurdu ki: Hər kim bir namazı etməyi unutsa onu xatırladığında qılsın. Onun bundan başqa kəffarəsi yoxdur. } BUXARİ: 2.C.648.S MÜSLİM: 2.C.684.N
…. " عن أنس بن مالك قال: قال نبي الله صلى الله عليه وسلم " من نسي صلاة أو نام عنها ، فكفارتها أن يصليها إذا ذكرها
{ …. Ənəs İbni Malik (Allah ondan razı qalsın!)dən. Rəsulullah (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!) buyurdu ki: Hər kim bir namaz qılmağı unudar və ya onu yataraq itirərsə, artıq o namazın kəffarəsi, xatırladığında - və ya oyandığında - onu qılmasıdır. } MÜSLİM: 2 . C. 684 / 315.N
{ … Əbu Katadə (Allah ondan razı qalsın!) dedi ki: Rəsulullah (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!) belə buyurdu: " ... Diqqət edin! bu şübhəsiz ki yuxu ilə namazın vaxtını itirməklə bir təqsir yoxdur. Təqsir ancaq digər bir namaz vaxtı girənə qədər namazını qılmayan üçün vardır. Buna görə də hər kim vaxtı çıxana qədər bir namazdan yuxu səbəbiylə qafil olsa, oyandığında bu namazı qılsın. Sabahısı gün olduğunda isə, o namazı öz vaxtında qılsın …" . } MÜSLİM: 2.C.681.N … TİRMİZİ: 1.C.177.N ƏBU DAVUD: 1.C.437. N … NƏSƏS(N)İ: 1.C.615.N İBNİ MACƏ: 2.C.698. N … ƏHMƏD: 5 / 298
Bu dəlillərdə də açıqca görüldüyü kimi, Allah elçisi (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!) yuxu və unutmağı şəri üzr qəbul etmiş və bu səbəblərdən ötəri qılına bilməyən namaza da, oyanmağı və xatırlamağı vaxt təyin etmişdir.
ALLAHU TƏALA DÖYÜŞDƏ BELƏ NAMAZ QILMAĞI ƏMR EDIR
Əziz müsəlman bacım və qardaşım! unutmayaq ki, Allahu Təala döyüş kimi ölüm qorxusunun yaşandığı ən şiddətli mühitlərdə belə müsəlmanlara camaatla namaz qılmalarını əmr etmiş, tərk etmələrini istəməmişdir. Rəbbimiz bu barədə kərim kitabında belə buyurur:
وَإِذَا كُنتَ فِيهِمْ فَأَقَمْتَ لَهُمُ الصَّلاَةَ فَلْتَقُمْ طَآئِفَةٌ مِّنْهُم مَّعَكَ وَلْيَأْخُذُواْ أَسْلِحَتَهُمْ فَإِذَا سَجَدُواْ فَلْيَكُونُواْ مِن وَرَآئِكُمْ وَلْتَأْتِ طَآئِفَةٌ أُخْرَى لَمْ يُصَلُّواْ فَلْيُصَلُّواْ مَعَكَ وَلْيَأْخُذُواْ حِذْرَهُمْ وَأَسْلِحَتَهُمْ وَدَّ الَّذِينَ كَفَرُواْ لَوْ تَغْفُلُونَ عَنْ أَسْلِحَتِكُمْ وَأَمْتِعَتِكُمْ فَيَمِيلُونَ عَلَيْكُم مَّيْلَةً وَاحِدَةً وَلاَ جُنَاحَ عَلَيْكُمْ إِن كَانَ بِكُمْ أَذًى مِّن مَّطَرٍ أَوْ كُنتُم مَّرْ ضَى أَن تَضَعُواْ أَسْلِحَتَكُمْ وَخُذُواْ حِذْرَكُمْ إِنَّ اللّهَ أَعَدَّ لِلْكَافِرِينَ عَذَاباً مُّهِيناً
Sən səhabələrinin arasında olub onlara namaz qıldırdığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun, silahlarını da özləri ilə götürsünlər. Bunlar səcdə etdikləri zaman (birinci rükəti tamamlayanadək o biri dəstə) arxanızda olsun. Sonra namazını qılmamış digər dəstə gəlib səninlə birlikdə namaz qılsın, ehtiyatlarını tutsunlar və silahlarını da özləri ilə götürsünlər. Kafirlər istərdilər ki, siz silahlarınızdan və əşyalarınızdan xəbərsiz olasınız və onlar da sizin üzərinizə bircə dəfə hücum etsinlər (bir həmlədə sizi məğlub etsinlər). Əgər siz yağışdan əziyyət çəksəniz və ya xəstə olsanız silahlarınızı yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı əldən verməyin. Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır. NİSA: 102.
Yeri gəlmişkən soruşmaq lazımdır, görəsən bu gün namazlarını tərk edənlərin bundan daha əhəmiyyətli bir bəhanələri ola bilərmi?
Cavab: əlbəttə ki ola bilməz….. Elə isə düşünmək lazım deyilmi? Allah Təala döyüş kimi dəhşətli bir mühitdə də namazı tərk etmək üçün bir bəhanə qəbul etməzkən, biz necə olur ki havadan sudan şeyləri özümüzə bəhanə qəbul edərək namazı tərk edirik…
Görəsən bizim bəhanə deyə dediyimiz şeyləri Allah Təala bəhanə olaraq qəbul edərmi ? Əlbəttə ki etməz. Niyə? Çünki Rəbbimiz nələrin bəhanə olacağını Rəsulunun dili ilə bəyan etmişdir. Onları da əvvəlki məqaləmizdə zikr etdik.
Əgər Allah elçisi (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!)in Xəndək döyüşündə bir neçə namazı günəşin batmasından sonra qılmasını, namazın qəza ediləcəyinə dəlil sayanlar varsa, bunların bu iddialarına bir çox yöndən rəddiyə vardır.
BİRİNCİSİ: Hər şeydən əvvəl bu namazların vaxtının çıxmasından sonar qılınmasının səbəbi laqeydlik deyil döyüşün şiddətidir.
Elə buna görə də, Allah elçisi (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!) o gün müşriklərə bu cür qarğış etmişdir:
" ملأ الله قبورهم وبيوتهم نارا. كما حبسونا وشغلونا عن الصلاة الوسطى . حتى غابت الشمس".
" Allah onların qəbirlərini və evlərini atəşlə doldursun. Çünki onlar, günəşin batışına qədər bizi həbs etdilər və ilkindi namazını qılmaqdan məhrum etdilər. " MÜSLİM: 2.C.627.N
İKİNCİSİ: Qorxu namazı ilə əlaqədar Ayə hələ nazil olmamışdı. yəni, Müsəlmanlar döyüşdə olsalar da namazlarını mütləq qılmalarını tələb edən ayə hələ nazil olmamışdı. Buna görə də, bu ayələrin nazilindən sonra Allah elçisi (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!) və onun səhabələri, döyüşdə də namazlarını qılmışlar və onu vaxtının keçməsinədək təxirə salmamışlar.
{ …. Rəsulullah (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!) ilə birgə Zatur Riqa günündə qorxu namazı qılanlardan Səhl İbni Hamsə belə rəvayət edir: " Əsgərlərin bir qisimi Rəsulullah (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!) ilə birgə namaz üçün səfə durdu. Digər qisimi də düşmənin qarşısında səfdə idi. Rəsulullah özü ilə birgə olanlara bir rükət qıldırdı. Sonra Rəsulullah (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!) ayaqda sabit qaldı. Onunla birgə bir rükət qılanlar öz başlarına qılaraq tamamladılar. Sonra çəkildilər və düşmənə qarşı səf tutdular. Və o biri qrup gəlib Rəsulullahın geri qalan bir rükət namazını onunla birlikdə qıldılar. Sonra Rəsulullah (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!) oturmaqda davam etdi. Camaat da bir rükət öz başlarına edib tamamladılar. Sonra Rəsulullah bunlarla birlikdə salam verdi." }
MÜSLİM: 2.C.842.N
ÜÇÜNCÜSÜ: Bu hadisə, döyüş səbəbiylə qılına bilməyən namazın qəza ediləcəyinə də dəlil ola bilməz. Niyə? ….. Çünki ümmət ilk dəfə belə bir çətinliklə qarşı-qarşıya gəlmişdir. Bu səbəbdən, belə anlarda namazı necə əda edəcəklərini də bilmirdilər. Necə ki, Allah təala bu kimi vəziyyətlərdə namazın necə qılınacağını Rəsuluna vəhy etdi, artıq bundan sonra vəhyin istiqamətində hərəkət edilmişdir.
{ …. Əbi Səid əl-Xudridən,O da atasından xəbər verdi ki, O belə dedi: Xəndək Döyüşündə, gecədən uzun bir zaman keçənə qədər - namaz qılmaqdan – məhrum olduq. Nəhayət bizə əlverişli oluldu, döyüşdən qurtarıldıq - Bu, uca Allahın bu sözündə - açıqlanan vəziyyətdədir -: " Allah döyüşdə - köməyiylə - möminlərə çatdı. Allah güclüdür, üstündür " Peyğəmbər (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!) Bilalı çağırdı və ona əmr etdi, O qamət gətirdi də günorta namazını qıldırdı. Sanki namazı vaxtında qıldığı kimi gözəlcə əda etdi. Sonra Ona əmr etdi də ilkindi namazı üçün qamət etsin, O da onu etdi. Sonra ona əmr etdi də axşam namazı üçün qamət gətirsin, O da onu etdi. Sonra Ona əmr etdi ki,şam namazı üçün qamət gətirsin, O da onu etdi. Bu - hadisə -, "Lakin bir təhlükədən qorxsanız, piyada yaxud minik üzərində qılın " ayəsinin enməsindən əvvəl olmuşdu. } ƏHMƏD: 3 / 67 . 11250.N DARIMI: 3.C.1532.N TİRMİZİ: 1.C.179.N
DÖRDÜNCÜSÜ: Bilindiyi kimi ibadətlərdə əsl olan taabutlikdir. Yəni, bir ibadət Allahın istədiyi və Rəsulunun da göstərdiyi tərzdə edilər. Bu səbəbdən, namaz xüsusunda hər şey ən incə detalına qədər tərif edilmişkən, insanların öz başlarına görə qarşıya qoyduqları təriflər qəbul edilə bilməz.
Xüsusilə namazın tərki üçün qəbul edilən üzrlər İslam tərəfindən izah edilmişkən, heç kimsə öz özbaşına üzr təyin edib, namazını tərk edə bilməz.
BEŞİNCİSİ: Əvvəldə qeyd etdiyimiz kimi, "Allah qatındakı üzrün təyini, insanların seçdikləri ilə deyil, Allahın seçdikləri ilədir."
Yəni, bizim üzr olaraq gördüyümüz və ya təyin etdiyimiz şeylər Allah qatında üzr qəbul edilməz, üzr qəbul ediləcək şeylər ancaq Allahın təyin etdiyi şeylərdir.
Elə isə təkrar vurğulayaraq ifadə edək ki, bu barədə bir Müsəlman üçün üzr ancaq, " heyz halı " " unutqanlıq halı " və " yuxu halı " dır. Bunun xaricində heç bir üzr, şəri üzr qəbul edilməz.
Xülasə, sözü daha çox uzatmağa ehtiyac yoxdur. Mənim bu barədə problemi olan insanlara nəsihətim budur:
" …. Unutmayın ki namaz, insanın qiyamət günü hesabını verəcəyi ilk əməlidir. Əgər namaz barəsində hesabınız asan olsa, digər əməlləriniz barəsində də hesabınız asan olacaq. Əgər namazda imtahanı keçə bilməsəniz unutmayın ki, digər əməllərdə də imtahanı keçə bilməyəcəksiniz…. "
" … Elə isə heç vaxt itirmədən Allahın Kitabına və Rəsulunun sünnəsinə dönün …. Və əsla bu mövzularda Radio və televiziyalarda bəlamların dediklərinə də aldanmayın. Çünki bu yazıq kağız üzdəniraq alimlər, heç bir dəlilə söykənmədən sizlərə - 10-15 il də olsa - namazın qəzasından bəhs edəcəklər … "
Siz Allah elçisi (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!)in bu hədislərinə güvənərək Allaha yönəlin və namazınıza başlayın.
Əgər namazınızda hərdənbir laqeydlik edir sinizsə, əsla bundan sonra namazınızı şəri bir üzr olmadan tərk etməyin.
Baxın Allah Elçisi (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!) nə buyurur:
" Adəm oğullarının hamısı günah işlər, günah işləyənlərin ən xeyirlisi isə çox tövbə edənlərdir " İBNİ MACƏ: 10.C.4251.N
"... قَالَ رَسثولً اللهِ صلى الله عليه وسلم: التَّائِبُ مِنَ الذَّنْبِ، كَمَنْ لاَ ذَنْبَ لَهُ ..
" Allah Elçisi (Allahın salavatı və salamı onun və ailəsinin üzərinə olsun!) yenə belə buyurdu: Günahından tövbə edən kimsə, eynilə günahı olmayan kimsə kimidir. " İBNİ MACƏ: 10.C.4250.N
Elə isə bu fürsəti qaçırmadan Rəbbinə yönəl, Ona tövbə et və namazına başla. Və əsla onu tərk etmə..
|
Kateqoriyalar: Мои статьи | Əlavə etdi: eldorado-ATİLLA (17.Июня.2010)
|
Baxılıb: 562 | Şərhlər: 3
| Reytinq: 0.0/0 |
|
|
|