Oyununun qaydaları
Hər verilişdə 4 komanda
iştirak edir. Hər komandanın tərkibində beş oyunçu vardır, bunlardan
biri komandanın kapitanıdır.
Oyun beş raunddan ibarətdir. Bunldardan üçündə – hərəsində 5 mövzu
oynanılır. Komandanın hər bir oyunçusu hər raundda bir mövzuda oynamalıdır.
Raundlar aşağıdakılardır:
a) «Bəlli raund» (Açıq
raund). Raund başlamazdan əvvəl aparıcı raundun bütün mövzularını elan edir və
bir dəqiqə ərzində komanda hansı oyunçunun hansı mövzuya oynayacağını müəyyən
edir.
b) «Şərtli raund»
(Mərhələli raund). Aparıcı mövzunu bilavasitə onun oynanılmasından əvvəl elan
edir və komanda kapitanı 20 saniyə ərzində həmən mövzuda oynayacaq oyunçunu
müəyyən edir.
c) «Sirli raund» (Qapalı
raund). Raundun başlamasından əvvəl aparıcı mövzuların ardıcıllığını müəyyən
edir, lakin adlarını elan etmir. Bundan sonra komanda bir dəqiqə ərzində
oyunçuların çıxma ardıcıllığını müəyyən edir, yalnız oyunçuların çıxmasından
sonra aparıcı bilavasitə başlamasından əvvəl mövzunu elan edir.
ç) «Fərdi raund» (Şəxsi
raund). Raundun başlamasından əvvəl aparıcı 5 mövzunu elan edir və hər bir
komanda onlardan birini oyundan istisna edir. Bunun nəticəsində oynanılma üçün
bir mövzu qalır və hər bir komanda bu mövzuda onu təmsil edəcək oyunçunu
müəyyən edir.
d) «Xəmsə» (Final
raundu). Bu raundda bütün komanda oynayır. Oyun ərzində yığdığı xallardan çıxış
edərək hər komandanın kapitanı öz "gedişini” edə bilər. "Gedişin” minimal həddi
"bir”, maksimal həddi isə komandanın əvvəlki raundlar ərzində topladığı
xalların cəmindən çox ola bilməz. Komanda düzgün cavab verdikdə "gediş”
toplanılmış xallara əlavə olunur. Cavab səhv olduqda və ya cavab verilmədikdə
"gediş” toplanılmış xallardan çıxılır.
Raundun hər mövzusunda
vahid oyun tematikası ("mövzu”) ilə birləşdirilmiş 5 sual oynanılır.
Oyunçuların vəzifəsi – aparıcı tərəfindən verilmiş suala rəqiblərdən tez və
düzgün cavab verməkdir. Bu şərtlərə riayət olunduqda oyunçu sualın nominalına
uyğun xal alır. Oyunçu səhv cavab verirsə o sualın nominalına uyğun xalları
itirir. Hər sual özünün ağırlıq dərəcəsinə və müvafiq nominalına malikdir.
Sualın nominalı raunddan asılı olaraq dəyişir:
a) «Fərdi raund» üçün
müvafiq olaraq – 100, 200, 300, 400, 500 xal;
b) «Bəlli raund» üçün
müvafiq olaraq – 200, 400, 600, 800, 1000 xal;
c) «Şərtli raund» üçün
müvafiq olaraq – 300, 600, 900, 1200, 1500 xal;
d) «Sirli raund» üçün
müvafiq olaraq – 400, 800, 1200, 1600, 2000 xal;
e) «Xəmsə» raundunda
cəmi bir sual verilir və onun nominalı olmur. Sualın müzakirə müddəti 30
saniyədir – bundan sonra kapitanlar komandalarının cavablarını yazılı şəkildə
verirlər.
Hər mövzuda oyunçu
tərəfindən toplanılmış xallar cəmlənir. Bir komandanın oyunçuları tərəfindən
raundlarda toplanılan xalları cəmlənir. Raundlarda komanda tərəfindən
toplanılan xallar da cəmlənir. Komandanın ümumi xalları bu komandanın
oyunçuları tərəfindən verilmiş düzgün cavablara görə verilmiş müsbət və səhv
cavablara görə verilmiş mənfi xalların cəmindən ibarətdir.
Oyunçu, özünün suala
cavab vermək niyyətini aparıcıya oyun düyməsinə basmaqla çatdırır. Birinci
cavab vermək hüququ mövzunu oynayan başqa oyunçulardan əvvəl düyməni basmış
oyunçuya verilir. Birinci oyunçu səhv cavab verdikdə və ya cavabı olmadıqda
cavab vermək hüququndan (düyməni basma ardıcıllığında) ikinci oyunçu istifadə edə
bilər, və müvafiq qaydada üçüncü, sonra dördüncü oyunçular. Oyunçu bir suala
bir cavabdan çox verə bilməz, əks halda onun cavabı səhv sayılır.
Hər sual üzərində
düşünmək üçün aparıcı tərəfindən ən çoxu 5 saniyə verilir. Suala cavab vermək
istəyən olmadıqda 5 saniyə keçdikdən sonra aparıcı düzgün cavabı elan edir və
növbəti sualı verir.
Oyunçu düyməni basmaqla
özünün cavab vermək niyyətini bildirdiyi anda aparıcı sualın oxunmasını
dayandırır və cavabı qəbul edir. Cavab vermə vaxtı uzadıldıqda, həmçinin də
səhv cavab verildikdə qalan oyunçular üçün aparıcı sualın oxunuşunu davam
etdirir və öz növbəsində onlara da oxunuşu istənilən an dayandırıb cavab verə
bilərlər.