31.10.2010-cu il tarixdə Sumqayıt şəhər 23 saylı məktəbdə SİM klubun VI dövrə çempionatı başlayır. İştirakçı komandalar 6 AZN üzvlük haqqı və tam heyətlə (6 nəfər) 10:30-dan gec olmayaraq 9-cu mkr, Aygün-Rüstəm şadlıq evinin yaxınlığında yerləşən 23 saylı məktəbdə olsunlar. Yüksək Liqa komandaları tam heyətlə gəlsinlər. Əvvəlcə Nə? Harada? Nə zaman? formatında, ardınca isə Xəmsə formatında oyun olacaq. Sualları müvafiq olaraq Sumreturn komandası və Seymur Salamov verir. Bunlarla yanaşı klubumuzda bu dövrədən baş verəcək digər maraqlı yeniliklərlə tanış olmaq üçün SİZLƏRİ 31 oktyabrda görüş yerinə dəvət edirik. GÖRÜŞ YERİNİ DƏYİŞMƏK OLMAZ... YARIŞLARDA KLUBDA YENİ İSLAHATLAR OLACAQ. SİZƏ MARAQLI BİR DÖVRƏ VƏD EDİRİK. İNŞAALLAH!!!