31 oktyabr 2009 tarixdə Payız Kubokunun seçim turu keçirildi. Turnir sinxron olaraq 7 universitetdə 204 komanda arasında keçirildi. Neft Akademiyasında keçirilən seçim mərhələsində birinciliyi 17 xalla "SumReturn" komandası tutdu. Qalan seçim turları və nəticələri haqda tezliklə saytımızda məlumat yerləşdiriləcək. Bu mərhələ haqqında forumda müzakirələrə qoşula bilərsiniz.
Turnir təşkilatçıları olan Xəzər İntellektual klubunun saytında bəzi çıxarılışlar .(http://xazar.org)
Azərbaycanda gənc nəslin intellektual inkişafının dövlətimizin prioritetləri arasında olmasını nəzərə alaraq "İrəli" İctimai Birliyi və "Xəzər İntellektual Gənclər Klubu" Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə 1 Oktyabr 2009-cu il tarixindən etibarən Bakı şəhərinin ali məktəblərində gənclərin intellektual inkişafını stimullaşdırmaq məqsədi ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "Payız Kuboku" layihəsinə start verir.
Turnirin seçim turu 31 sentyabr şənbə günü saat 11-30-da bashlayacaq. Seçim turunun keçiriləcəyi universitetlər və onlarda hansı ali məktəblərin iştirak edəcəyi aşağıda göstərilmişdir. Cəmi 204 komanda 7 ali məktəb arasında bölünmüşdür.
İqtisad Universiteti İqtisad - 35
Texniki Universitet Texniki - 18
Xəzər Universiteti Xəzər - 9 Bakı Asiya - 8 Milli Aviasiya - 6 Mədəniyyət və Incəsənət - 6 Ictimai Siyasi - 1 Qərb - 1
Bakı Slavyan Universiteti Slavyan - 15 Odlar Yurdu - 3 Əmək və Sosial - 2 Bakı Dövlət - 13 Memarlıq və İnşaat - 1 Azərbaycan - 2 Rəssamlıq - 2 Milli Konservatoriya - 1 İdman - 1
Kooperasiya Universiteti Kooperasiya - 5 Turizm - 4 Təfəkkür - 3 Qafqaz - 6 Bakı Avrasiya - 3
Dillər Universiteti Az. Dillər - 9 Idarəçilik - 11 Musiqi Akademiyası - 5
Neft Akademiyası Neft Akademiyası - 13
SumReturn ("Simclub" Sumqayıt) - 1 ABU - 1 Tibb - 7 Pedaqoji - 9 Müəllimlər - 1 Bakı Biznes - 1 MDU filial - 1
|