Mən özüm Facebookdan istifadə etmirəm. Elə bilməyin ki, bu yazını o səbəbdən yazmışam. Dostlarımın qardaşlarımın verdiyi məlumata görə Facebookda Simklubun səhifəsi yaradılıb. Çox gözəl haldı. Kim əziyyət çəkibsə çox sağolsun. Facebook əhlinin intellektə ehtiyacı var. Bunu mən yox dünya statistikaları deyir. Simklub olaraq intellektin təbliği borcumuza çevrilib(mənim üçün belədir). Amma facebookda belə bir səhifənin yaradılması (realda məkanı olmayan bir klubun) Simklubun virtual məkanı olan intellek2alniy.clan.su-ya ehtiyacın olmadığı anlamına gəlmir. Deyə bilərsiz ki, kim deyir "intellek2alniy.clan.su-ya ehtiyac yoxdu?" , əla bədii sualdı. İş ondadır ki, heç kim demir, hərəkətinizlə bunu sübut edirsiniz. Həyatımızın bir çox funksiyalarını əvəz etməyə başlayan Facebook artıq Simklubu dazəbt edib. Facebook hansısa bir prosesə köməkçi ola bilər. Amma ondan dağıdıcı qüvvə kimi istifadə etməyə başlamısız (mən yox siz). Klubun vəziyyəti ortadadı. Çırpınışlarımın boş olub-olmaması haqda düşünməkdən bezmişəm. Axı kimin üçün...... Nə isə.... İntellek2alniy.clan.su-nun da axrı çatır. Cəmi bir il bunda qabaq gün ərzində azı 30-40 istifadəçi bura baş çəkirdi. İndi isə 3-4. Həmin 30-40 indi facebook-dadı. Yarımparçalanma müddəti yaman qısa oldu.
Nəticə isə ortadadı: intellek2alniy.caln.su Facebook-a uduzdu
Bu cür uduzmağı sevənlər cavab yazsa sevinərdim...
P.S. facebookda Simklub səhifəsinə qələbə mətnini yazsaydınız lap yerinə düşərdi.
|