Sağ ol, Samir! Yəqin bilirsən ki, "istiqlal marşı" bizim hal-hazırkı himnimizdir. 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etmişdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edilmişdi. Lakin 1920-ci il aprelin 28-də Qırmızı Ordunun işğalı ilə Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.
1991-ci ildə müstəqilliyimiz bərpa olunduqdan sonra 1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.