Şənbə, 27.Апреля.2024
İntellek2allar klanı
Sayt menyusu
Bölmənin kateqoriyaları
Adminstrativ xəbər [65]
Statistika

Cəmi onlayn: 1
Qonaq: 1
İstifadəçi: 0
Giriş forması
Loqin:
Şifrə:
 
Şifrəni unutdunuz | Qeydiyyat
Ana səhifə » 2011 » Mart » 7 » XƏMSƏ - SEÇİM TURU - HAMI OXUSUN
20:20
XƏMSƏ - SEÇİM TURU - HAMI OXUSUN
"Xəmsə" Milli İntellektual Oyunu üzrə gənclər arasında IV Azərbaycan Çempionatının Şəhər Mərhələsi

Tədbirin keçirildiyi yer və tarix: 13 Mart 2011-ci il saat 10:00 /"Ramiz" Şadlıq Sarayı, 13-cü mkr, Sumqayıt şəhəri

Sifariş vərəqini aşağıdakı linkdən endirə bilərsiniz:


Sifariş vərəqələrini doldurub 9 Mart 2011-ci il tarixinə qədər ismail_kerimov@yahoo.com ünvanına və ya Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektoruna təqdim etməlidir.



Oyununun qaydaları

Hər verilişdə 4 komanda iştirak edir. Hər komandanın tərkibində beş oyunçu vardır, bunlardan biri komandanın kapitanıdır.

 

Oyun beş raunddan ibarətdir. Bunldardan üçündə – hərəsində 5 mövzu oynanılır. Komandanın hər bir oyunçusu hər raundda bir mövzuda oynamalıdır. Raundlar aşağıdakılardır:

 

a) «Bəlli raund» (Açıq raund). Raund başlamazdan əvvəl aparıcı raundun bütün mövzularını elan edir və bir dəqiqə ərzində komanda hansı oyunçunun hansı mövzuya oynayacağını müəyyən edir.

 

b) «Şərtli raund» (Mərhələli raund). Aparıcı mövzunu bilavasitə onun oynanılmasından əvvəl elan edir və komanda kapitanı 20 saniyə ərzində həmən mövzuda oynayacaq oyunçunu müəyyən edir.

 

c) «Sirli raund» (Qapalı raund). Raundun başlamasından əvvəl aparıcı mövzuların ardıcıllığını müəyyən edir, lakin adlarını elan etmir. Bundan sonra komanda bir dəqiqə ərzində oyunçuların çıxma ardıcıllığını müəyyən edir, yalnız oyunçuların çıxmasından sonra aparıcı bilavasitə başlamasından əvvəl mövzunu elan edir.

 

ç) «Fərdi raund» (Şəxsi raund). Raundun başlamasından əvvəl aparıcı 5 mövzunu elan edir və hər bir komanda onlardan birini oyundan istisna edir. Bunun nəticəsində oynanılma üçün bir mövzu qalır və hər bir komanda bu mövzuda onu təmsil edəcək oyunçunu müəyyən edir.

 

d) «Xəmsə» (Final raundu). Bu raundda bütün komanda oynayır. Oyun ərzində yığdığı xallardan çıxış edərək hər komandanın kapitanı öz "gedişini” edə bilər. "Gedişin” minimal həddi "bir”, maksimal həddi isə komandanın əvvəlki raundlar ərzində topladığı xalların cəmindən çox ola bilməz. Komanda düzgün cavab verdikdə "gediş” toplanılmış xallara əlavə olunur. Cavab səhv olduqda və ya cavab verilmədikdə "gediş” toplanılmış xallardan çıxılır.

 

Raundun hər mövzusunda vahid oyun tematikası ("mövzu”) ilə birləşdirilmiş 5 sual oynanılır. Oyunçuların vəzifəsi – aparıcı tərəfindən verilmiş suala rəqiblərdən tez və düzgün cavab verməkdir. Bu şərtlərə riayət olunduqda oyunçu sualın nominalına uyğun xal alır. Oyunçu səhv cavab verirsə o sualın nominalına uyğun xalları itirir. Hər sual özünün ağırlıq dərəcəsinə və müvafiq nominalına malikdir. Sualın nominalı raunddan asılı olaraq dəyişir:

 

a) «Fərdi raund» üçün müvafiq olaraq – 100, 200, 300, 400, 500 xal;

 

b) «Bəlli raund» üçün müvafiq olaraq – 200, 400, 600, 800, 1000 xal;

 

c) «Şərtli raund» üçün müvafiq olaraq – 300, 600, 900, 1200, 1500 xal;

 

d) «Sirli raund» üçün müvafiq olaraq – 400, 800, 1200, 1600, 2000 xal;

 

e) «Xəmsə» raundunda cəmi bir sual verilir və onun nominalı olmur. Sualın müzakirə müddəti 30 saniyədir – bundan sonra kapitanlar komandalarının cavablarını yazılı şəkildə verirlər.

 

Hər mövzuda oyunçu tərəfindən toplanılmış xallar cəmlənir. Bir komandanın oyunçuları tərəfindən raundlarda toplanılan xalları cəmlənir. Raundlarda komanda tərəfindən toplanılan xallar da cəmlənir. Komandanın ümumi xalları bu komandanın oyunçuları tərəfindən verilmiş düzgün cavablara görə verilmiş müsbət və səhv cavablara görə verilmiş mənfi xalların cəmindən ibarətdir.

 

Oyunçu, özünün suala cavab vermək niyyətini aparıcıya oyun düyməsinə basmaqla çatdırır. Birinci cavab vermək hüququ mövzunu oynayan başqa oyunçulardan əvvəl düyməni basmış oyunçuya verilir. Birinci oyunçu səhv cavab verdikdə və ya cavabı olmadıqda cavab vermək hüququndan (düyməni basma ardıcıllığında) ikinci oyunçu istifadə edə bilər, və müvafiq qaydada üçüncü, sonra dördüncü oyunçular. Oyunçu bir suala bir cavabdan çox verə bilməz, əks halda onun cavabı səhv sayılır.

 

Hər sual üzərində düşünmək üçün aparıcı tərəfindən ən çoxu 5 saniyə verilir. Suala cavab vermək istəyən olmadıqda 5 saniyə keçdikdən sonra aparıcı düzgün cavabı elan edir və növbəti sualı verir.

 

Oyunçu düyməni basmaqla özünün cavab vermək niyyətini bildirdiyi anda aparıcı sualın oxunmasını dayandırır və cavabı qəbul edir. Cavab vermə vaxtı uzadıldıqda, həmçinin də səhv cavab verildikdə qalan oyunçular üçün aparıcı sualın oxunuşunu davam etdirir və öz növbəsində onlara da oxunuşu istənilən an dayandırıb cavab verə bilərlər.


Kateqoriyalar: Adminstrativ xəbər | Baxılıb: 1666 | Əlavə etdi: Elsamir | Teqlər: xəmsə | Reytinq: 2.0/1
Cəmi şərhlər: 0
Ancaq qeydiyyatdan keçmiş şəxslər şərh edə bilər
[ Qeydiyyat | Giriş ]
Yeniliklər
Yeni məqalələr
[19.Октября.2009][Мои статьи]
Yubiley Kuboku baş tutdu !!! (6)
[28.Октября.2009][Мои статьи]
Çatma sən çöhrəni,ey nazlı hilal...!!! (9)
[30.Октября.2009][Мои статьи]
ATAMA MEKTUB...! (9)
[03.Ноября.2009][Мои статьи]
SimClub (3)
[06.Ноября.2009][Мои статьи]
TARİXDƏN QƏRİBƏ HƏQİQƏTLƏR (3)
_____________________________ Forumda yeniliklər
  • Canlı intellekt oyunu (167)
  • Qış kuboku (64)
  • Rəylər və təkliflər (52)
  • Axtarış
    Mini çat
    Təqvim
    «  Mart 2011  »
    B.e.Ç.a.Ç.C.a.CŞ.B.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Yazılar arxivi
    Renessan© 2024
    Конструктор сайтов - uCoz