Bazar ertəsi, 13.Мая.2024
İntellek2allar klanı
Sayt menyusu
Bölmənin kateqoriyaları
Adminstrativ xəbər [65]
Statistika

Cəmi onlayn: 1
Qonaq: 1
İstifadəçi: 0
Giriş forması
Loqin:
Şifrə:
 
Şifrəni unutdunuz | Qeydiyyat
Ana səhifə » 2010 » Aprel » 30 » ADNA_acı xatirələr
18:28
ADNA_acı xatirələr
Yəqin xatırladız. Dəhşətli gün idi.

Saat 08:30 idi biz Latın dili dərsinə gedirdik. Həmişəki kimi ilk Universitet illərinin kefini çıxarmağa çalışırdıq. Hələ geydiyimiz ağ xalata ağ papağa tam öyrəşməmişdik. Dərsin axırlarına yaxın qrup yoldaşıma zəng gəldi, icazə alıb çölə çıxdı. İçəri girəndə rəngi sapsarı idi. Dedi Neft Akademiyasında atışma olub. Bir an özümü itirdim. Can dostum Tural orada oxuyurdu, əziz sinif yoldaşım Davud orada idi. Dəli kimi oldum.

Tez çölə çıxdım. 1-saylı şəhər xəstəxanası (Semaşko) tərəfdən kəsilməz ambulans səsi gəlirdi. Özümdən asılı olmadı. O tərəfə qaçdım. Turala zəng edirdim. Xətlər dolu idi. Lap dəli oldum.Eləbil havadan sıl qalmışdım. Ayaqlarımı yerə vurduğumu, Necə qaçdığımı hiss eləmədim. Semaşkonun həyəti tələbələrlə dolu idi. Hamı bir-birindən hadisənin təfərrüatlarını öyrənməyə çalışırdı. Mənsə Turalı axtarırdım, Bəlkə izdihamın arasındadır o da deyə fikirləşirdim.

Birdən telefonum zəng çaldı. Tural idi. O an ona nə demişəm indi heç cür xatırlayammıram. Mənə yaxşı olduğunu, Davudun yaxşı olduğunu, narahat olmamağımı söylədi.

Gələcəyin həkimi olacaq tələbə yoldaşlarımla nəsə etmək, yararlı olmağa çalışırdıq. Xəbər gəldiki yaralılar üçün qan lazımdı. Lazımi qan qruplarını axtarmağa başladıq. O otaq, o Mühazirə zalı qalmamışdı ki girməyək. Çalışırdıq tələbə qardaşlarımıza kömək edək.

Axı onlarda hansısa bir ananın quzusu idi. Göz yaşlarımızı çətinliklə saxlayırdıq. Siqaret belə qəhərimiz boğmağa kömək etmirdi.

O gündən sonra nə vaxt ambulans səsi eşitsəm ürəyim əsir. O uşaqların valideyinləri gözümün qabağına gəlir. Çox pis oluram.

Fikirləşirəm ki oturub boşboş müzakirə etmək, yada unudub əhli kef olmaq lazım deyil. Çalışmaq lazımdı ki, savadlı, cəsur, dünyaya səs sala biləcək insan olsan. Çünki bizə bunları edənlərə ən layiqli cavab onlara hökm edə biləcək səviyyəyə çatmaqdır.


Allah o uşaqlara rəhmət eləsin. Valideyinlərinə səbr versin. O valideyinlər bilsinlər ki, onların uşaqlarının qanı belə yerdə qalmayacaq. Gələcəyin savadlı vətəndaşları olacaq olan müasir Azərbaycan gənci çalışacaq ki bir də belə hadisələr xalqımızın başına gəlməsin, analar ağalamasın...

Baxılıb: 436 | Əlavə etdi: Elsamir | Reytinq: 0.0/0
Cəmi şərhlər: 2
2 Credo_zaur  
0
Allah rehmet elesin!

1 alfa-romeo  
0
Eqw olsun Samir!mende o gunu hec unuda bilmirem.hadiseler haqda melumatlari akademiyanin bufetinde televizordan oyrenirdik.Allah orada olenlere rehmet elesin.Qebirleri nurla dolsun.Amin!

Ancaq qeydiyyatdan keçmiş şəxslər şərh edə bilər
[ Qeydiyyat | Giriş ]
Yeniliklər
Yeni məqalələr
[19.Октября.2009][Мои статьи]
Yubiley Kuboku baş tutdu !!! (6)
[28.Октября.2009][Мои статьи]
Çatma sən çöhrəni,ey nazlı hilal...!!! (9)
[30.Октября.2009][Мои статьи]
ATAMA MEKTUB...! (9)
[03.Ноября.2009][Мои статьи]
SimClub (3)
[06.Ноября.2009][Мои статьи]
TARİXDƏN QƏRİBƏ HƏQİQƏTLƏR (3)
_____________________________ Forumda yeniliklər
  • Canlı intellekt oyunu (167)
  • Qış kuboku (64)
  • Rəylər və təkliflər (52)
  • Axtarış
    Mini çat
    Təqvim
    «  Aprel 2010  »
    B.e.Ç.a.Ç.C.a.CŞ.B.
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    Yazılar arxivi
    Renessan© 2024
    Конструктор сайтов - uCoz