Sualların cavabına baxmaq üçün kursoru cavab yazılmış düymənin üzərinə gətirin və cavab göstəriləcək(Ancaq Internet Explorerə aiddir).Bashqa brauzerlərdə baxmaq üçün və şərhləri izləmək üçün düyməni basmaqla sualın cavabın şərhlə birgə görə bilərsiniz
9.
Rekvizitə diqqətlə baxın və doğru cavabı qeyd edin..
ilə arasında yerləşir.
ilə arasında nəyin yerləşdinini tapın..
10. Rekvizit. Siyahıya qulaq asın:
Bilək dörd barmağa bərabərdir
Pəncə 4 biləyə bərabərdir
Dirsək 6 biləkdən ibarətdir.
Insanın hündürlüyü dörd dirsəkdir deməli 24 biləkdir
Addım 4 dirsəyə bərabərdir.
Açıq vəziyyətdə insanın əllərinin uzunluğu insanın hündürlüyünə bərabərdir
Saç xəttindən çənəyə qədər məsafə insanın hündürlüyünün 1/10-nə bərabərdir... Və sairə...
Səsləndirdiyimiz və rekvizitdə olan bu sözlər antik roma memarının traktatından bir hissədir. Bəs bu memarın adı nədir?
11.
Qarşınızda bir reklam printi görürsünüz.
Panasonic firmasının reklamı. Reklamın şüarı belədir. Oyuncaqlarda güclü batareyalar yoluxucu ola bilər. Gördüyünüz uşaq başa düş- düyünüz kimi Napoleon geyimindədir. Sinəsindəki nişanardan birini qara kvadrat vasitəsi ilə örtmüşük. Və sizdən onu tapmaq tələb olunur. Kömək üçün deyək ki, nişanın üzərində İvan Porxomenkonun 1920-ci ildə çəkdiyi bir portretdir. Hətta belə bir lətifə də var ki, bir uşaq bu nişanı yerdən tapıb uzun müddət baxdıqdan sonra: "Ata bu hansı pokemondur?” soruşmuşdur. Nə demək olar zəmanə uşağı- dır. Diqqət sual: bizim qara kvadratla bağladığımız hansı nişandır.Maksimum dəqiqlik tələb olunur.
12.
İtalyan intibahının nümayəndəsi Donatello öz səxavətini nüma-yiş etdirmək üçün X-i həmişə işlədiyi emalatxananın tavanından asardı.Biz isə onun nə olduğu yox, hal-hazırda qara qutuda olan və çoxlarının XX əsrdə tamamilə X-i sıradan çıxaracağını dü-şündükləri əşyanı cavab kartınıza daxil etməyini xahiş edirik.
13. Bu qədər sualdan sonra təbii ki, yorulmusunuz. Sizə yor- ğunluğa qarşı bir üsul göstərib sonra sualımıza keçək. Qarşınızdakı insana baxaraq şəhadət barmaqlarınızı gicgahınıza qoyun. 2 dəfə sağa və 2 dəfə sola dairəvi hərəkətlər edin. Sonra isə gicgahınızı barmaqlarınızla arxaya doğru dartın və 10 saniyə saxlayın... bir çin müdrüklüyünə qulaq asın Əgər sən öz səhvinin nəticələrini düzəldə bilirsənsə, deməli sən hələ... müdrüklüyü tamamlayın
14.
Rekvizitdə Mikelancelonun Sikst məbədinin tavanı üçün çəkdiyi əsərin bir parçasını görürsünüz. Bu hissə "Adəmin yaradılması” adlanır. Məhşur bir firma bu şəkili reklam məqsədi ilə istifadə etmişdir. Qara düzbu- caqlı ilə biz onların məhsulunu örtmüşük. Bir dəqiqədən sonra bu firmanın şüarını cavab kartlarınıza qeyd edin.
15. Diqqət sual. Onun adı ruhani ailəsində doğulduğuna görə əvvəlcə Əli qoyulur. Lakin arıq, sısqa və tez-tez xəstəndi- yindən ona cəsur dayısının adı qoyulur.1871-ci ildə 74 ya- şında Məkkə şəhərinə ziyarəti zamanı izdihamın onu görməsi üçün Məkkə rəisindən onun Kəbəyə çıxaraq azan verməsini istəyirlər.Tarixdə Bilal Həbəşidən sonra Kəbədə azan verən II, bu görkəmli şəxs kim idi?
16. 4/24 – göy
8/24 – narıncı
12/24 – bənövşəyi
Burada məhşur bir kvartetin 3 üzvü göstərilib. Sual müəlliflərinin 24 rəqəmi ilə nəyi vurğuladıqlarını başa düşdünüzsə, məşhur kvartetin 4-cü "qırmızı” üzvünün adını cavab kartlarınıza yazın.