Sualların cavabına baxmaq üçün kursoru cavab yazılmış düymənin üzərinə gətirin və cavab göstəriləcək(Ancaq Internet Explorerə aiddir).Bashqa brauzerlərdə baxmaq üçün və şərhləri izləmək üçün düyməni basmaqla sualın cavabın şərhlə birgə görə bilərsiniz
17. Konventdə xalq deleqasiyasının rəhbəri vətəndaş Qiro deputatlara belə bir nitqlə müraciət etdi:"Yoldaş deputatlar bizim nəzərlərimiz
hələ də onu sizlərin arasında axtarır”. Sonra isə üzünü Davidə tutub davam etdi: ”David, hanı sənin fırçaların. Sən axı gələcək nəsillər üçün həlak olmuş Lepeletyenin rəsmini çəkmisən ki, onun vətəni azad olsun. Sən bir rəsm də çəkməlisən. David sən özün başa düşürsən
hansını!!!”
David isə qısa olaraq: "Mən hazıram” cavabını verdi. Hörmətli bilicilər bu dialoqdan sonra yaranan rəsm əsərinin cavab kartına qeyd edin.
18.
Diqqət, qara qutu… Birincinin əsas məqsədi uçan əjdahaların məhv olma səbəblərini araş-dırmaqdir. İkinci haqqındasa sual müəllifi demişdi: "Mən hər gördüyümü bunun içinə salmaga çalişıram".Onlarin hər ikisi üçün ümumi olan adlarıdir. Birinci haqqında deyilmiş fikirdə əvəzetmə vardir. Qutunun içindəsə ikincini yerləşdirmişik. Qara qutuda nə var?
19.
Sizə verilmiş rekvizitdəki şəkil bu yaxınlarda Livanda həyata keçirilmiş sosial aksiyalardan birində istifadə edilmiş reklamdandır. Kreativ reklam parçası siqaretin insan sağ- lamlığı üçün təhlükəli olduğunu qeyd edirdi.Reklam kompüter
əsrinin "geriyə” və "ləğv et” düymələri əsasında böyümüş gənclərinə sağlamlığımızın geriyə dönməzliyini başa salmağa çalışır.Bir dəqiqə ərzində cavab kartınıza rekvizitdəki düymələrdə buraxılmış və cəmi bir hərflə fərqlənən sözləri qeyd edin.
20. Bəzi tarixçilərin fikrincə ONA dair ilk təcrübələr hələ VII əsrdə Çində aparılmışdı.ONLARIN köməyilə çin məmurlarını dövlət vəzifələrinə qəbul edirdilər.Sübut olunmuşdur ki, onun formalaşmasına nəinki genetik faktorlar, həm də sosial mühit təsir edir.Bu keyfiyyətə daha çox malik olan insanlar Beynəlxalq Mensa və Prometey cəmiyyətlərinin üzvləridir.Nəzərə alsaq ki, Qərb ölkələrində və Yaponiyada son vaxtlar i
şə qəbul prosesində o mühüm rol oynayır, onda maksimum qısa formada ONU cavab kartınıza qeyd edin...
21.
Qara qutu... Belə bir fikir var ki, rəssamlar şəkildə 13 nəfər təsvir etmək lazım gələndə 14-cü özlərini təsvir edirlər. Bu rəsm əsərində 13 baş,
26 ayaq və 27 əl təsvir olunub. Bu da versiyalardan birinə görə onun da bu rəsmdə olduğuna işarədir. Hamının rəsmin baş obrazı ilə
bağladığı bir əşyanın onun bətni olduğu iddia edilir. Bir postsovet ölkəsi bu əşyanın onların ərazisində olduğunu sübut etməyə çalışırlar və buna görə də bir məhsula hətta bu əşyanın adını veriblər. Söhbətin nədən getdiyini başa düşdünüzsə 1 dəqiqədən sonra qara qutuda olan
bu məhsulun adını cavab kartlarınıza qeyd edin. Kömək üçün deyək ki, bu içkidir.
22. Sual müəllifi oxuduğu məlumatdan sonra belə bir nəticəyə gəlmişdir: "Oktavian Avqust özünü Yuli Sezarla bərabər tutduğu üçün təmizlik vaxtından kəsib öz ömrünə caladı.” Diqqət sual: Əslində Avqust neyləmişdi?
23.
Musiqi səslənir..
Rekvizitə diqqətlə baxın… 2008-ci ildə www.travel.ru saytında dünyanın tam və ya yarımçıq tərk edilmiş şəhərlərinin siyahısı dərc edilmişdi. Rekvizitdə olan görüntülər çox təəssüf ki, dünyanın ən məşhur 20 kabus-şəhər siyahısına düşmüş Azərbaycan şəhərlərindən birinə aiddir...
Bir dəqiqə ərzində şəhərin adını cavab kartınıza qeyd edin.
24. Bu il keçirilən bir tədbirə 2 qrup çox maraqlı qonaqlar top- lanmışdı. Qruplardan birinə hələ oxuyan Lenin və dostları, çarvak təlimini dəstəkləyənlər, bir türk yurdu, Leybnis və kolleqaları və bir çox başqaları. Ikincisinə isə Hindular, Təkgöz Həsən və dəstəsi , 40-cı illərdə
adları çox hallanan kiçik insanlar sinfi, İsa Muğanna və bir güclü yığma. Bunun nə tədbir olduğunu, nə zaman və harada keçirildiyini sizdən soruşmuruq. Diqqət bu tədbirin aparıcıları kimlərdi?