Bazar, 12.Мая.2024
İntellek2allar klanı
[ Yeni məlumatlar · İştirakçılar · forumun qaydaları · axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Модератор форума: L-TURK  
Forum » SimClub (komandalar, rəylər, təkliflər, etirazlar.) » Rəylər və təkliflər, etirazlar » İntellek2al təbliğat (necə edək???)
İntellek2al təbliğat
Elsamir Tarix: Çərşənbə axşamı, 25.Мая.2010, 19:38 | Xəbər # 1
FORUM GENERALI
Qrup: İstifadəçilər
xəbərlər: 97
Status: Offlayn
bu mövzunu açmaqda məqsədim ƏN AZINDA Nə Harada Nə zaman oyununu təbliğ etməkdir
2-ci liqa komandalarının 1ci liqadan az olması həyəcan təbilidir

məncə biz Sumqayıtda kifayət qədər təbliğat apara bilmirik

fikirləşirəm ki təbliğata Ali məktəblərə yeni qəbul olmuş Sumqayıtlı uşaqlardan başlamalıyıq
Yaşlı nəsli də oyuna cəlb etmək lazımdı


realist ol, mümkünsüzü istə
 
IDEAL Tarix: Çərşənbə axşamı, 25.Мая.2010, 23:47 | Xəbər # 2
Generalissimus
Qrup: İstifadəçilər
xəbərlər: 31
Status: Offlayn
Mənim belə bir təklifim var. Məktəbdə təşkilatçılarla danışaq (həm bizim Klub icranın nəznində olduğu üçün məncə heç bir problem olmaz) Gedək hər 6-ci gün bir məktəbdə 11-ci və 10cu siniflər arasında yarış keçirək. Məncə əlimizdə yetəri qədər sual var. Gəlin bu işi görməyə vaxtı olan konüllü qrup yaradaq və yaxud bu günə kimi yarış təşkil etmiş və əllərində yetəri qədər sual olan komandaların hərəsinə bir məktəb həvalə olunsun. İki komandaya bir məktəbdə ola bilər.
Bu günün 11-ci sinifi sabahin tələbəsidir. Məncə məktəbdə uşaqlara maraqlı oyun təşkil etsək onlarda NHN oyunlarına maraq yaranacaq. əsas məqsəd maraq yaratmaqdı. Bu səbəbdən sualları bazadan da tərcümə edə bilərik bir sözlə bacardığımız qədər maraqlı suallar verməyə çalışarıq. Sonra güclü komandaları SİM klubun yarışlarına dəvət edərik. Həqiqətən İTELLEKTUAL TƏBLİĞAT lazımdır. Ancaq bu təbliğatla məşğul olan konüllülərdə lazımdır. Gəlin əvvəlcə klubumuz daxilində bu təbliğatı etməyə könüllü insanlar tapaq. Sonra oturub məsləhətləşib bir təbliğat praqramı ilə başlayaq fəaliyyətə. smile


Günəşin arxasınca qaçma. Sen səmanı əldə et günəş özü sənə tərəf gələcək.
 
Elsamir Tarix: Çərşənbə, 26.Мая.2010, 13:45 | Xəbər # 3
FORUM GENERALI
Qrup: İstifadəçilər
xəbərlər: 97
Status: Offlayn
o da düzdü klubda bigaəlik var
nə vaxta kimi bakı komandalarının oyununa baxıb həsəd aparacağıq


realist ol, mümkünsüzü istə
 
IDEAL Tarix: Çərşənbə, 26.Мая.2010, 14:39 | Xəbər # 4
Generalissimus
Qrup: İstifadəçilər
xəbərlər: 31
Status: Offlayn
Biganəlik deyəndə ki, məncə fəaliyyət sadəcə yarış təşkil etməkdən ibarət olmamalıdı. Kaş klub üzvlərinin toplana biləcəyi, kitabxanası və kompyuteri olan bir ofisimiz olaydı. Ancaq belə yer ciddi maliyyə tələb edir bu səbəbdən inanmıram.

Məncə planlı iş görməliyik. 2-və 3 illik plan hazırlayıb ciddi mütaliyə etməliyik. Gəlin bu sahə üzrə Faiq Hüseynovun komandasından belə daha yüksək səviyyəyə qalxmaq istəyən konüllü qrup yaradaq. Hansı ki VAXTIM YOXDU deyə şikayət etməsin və əsas işi elə NHN olsun. Hətda bu qrup üzvlərinin mütaliyəsi planlı şəkildə olsun. 1 aylıq mütaliyə praqramı hazırlayıb təqdim etsin və 1 ayın sonunda o praqramın öhdəsindən gəlmiş olsun. Elsamir, Sözlərində həqiqət var. Daha böyük uğurlara imza atmaq üçün planlı fəaliyyət lazımdır. Ya da hələ uzun müddət bəzi komandaların uğuruna həsəd aparacağıq. Mən məsələn komandamdan ciddi bir uğur gözləmirəm. Çünki sadəcə bazar günü oyuna gəlirlər bu qədər. 6-günü isə boş boşuna keçirirlər. Biz irəli getmək əvəzinə geri gedirik bu da göz qabağındadır. Məsələn mənim özümdə isə yarışda qələbə çalmağa heç bir maraq yoxdur. Elə belə maraqlı sual eşitmək xatirinə yarışa gəlirəm. 2 il əvvəl ki həyacan və istək heç qalmayıb. Düşünürəm ki, bunun səbəbi qarşıda ciddi hədəfin olmamasıdı. Bilirəm ki, Faiq Hüseynov məni komandasına götürən deyil biggrin Onun komandası kimi komanda isə yaratmaq hal hazırki şərtlərlə imkansızdı. 3 il olar kadr axtarıram. "Günəşli Sabah"la Sumqayıt ikincisi olduğum gündən bəri axtarışdyam. Yeni Ümid, Fenomen daha sonra isə komandanın adını İdeal olaraq dəyişdirdim bəlkə minimum 50 ə yaxın oyunçu sınaqdan keçirtdim ki çox güclü komanda yaradacam. Ancaq bu gün İdealın vəziyyəti göz qabağındadı. Nə etməliyəm həvəssiz sadəcə oyuna gələn insanlarla davam edəndə inkişaf etməkdənsə geriyə getməyimiz normaldı. Əslində belə həvəssiz kadrlardan ibarət komandanın mövcudluğunu saxlamaq belə çox çətindi. sad Qalsın ki, yaxşı nəticəyə oynamaq. Məncə klubda eyni zamanda ciddi mütaliyəyə həvəsdə yaratmalıyıq. Heç olmasa NHN sahəsi üzrə inkişaf etmək istəyən kadrlar arasında hətta lazım gəlsə öz aramızda ildə 4 dəfə imtahan təşkil edib qiymətdə almalıyıq.


Günəşin arxasınca qaçma. Sen səmanı əldə et günəş özü sənə tərəf gələcək.
 
L-TURK Tarix: Çərşənbə axşamı, 01.Июня.2010, 23:49 | Xəbər # 5
Генералиссимус
Qrup: İstifadəçilər
xəbərlər: 15
Status: Offlayn
Məktəblərdə təbliğat çox vacibdir, razıyam. xüsusi proqram işləməliyik. Buna vaxt ayırmalıyıq. İnşallah payız mövsümü üçün bu proqramı hazırlayarıq.

Heç vaxt düşünməyin ki, hər hansı bir fikir ilk olaraq sizin ağlınıza gəlib !
 
alfa-romeo Tarix: Şənbə, 05.Июня.2010, 13:39 | Xəbər # 6
General gimnazist
Qrup: İstifadəçilər
xəbərlər: 26
Status: Offlayn
Mekteblerde bu oyuna maraq cox boyukdu.mentiqi duwunen uwaqlar da kifayet qederdi.mence onlarin da SIM kluba celb olunmasi yaxsi netice verer.

Kamil insani adi insandan ferqlendiren cehet 'kamil' sozunun varligidir
 
Elsamir Tarix: Bazar, 06.Июня.2010, 21:40 | Xəbər # 7
FORUM GENERALI
Qrup: İstifadəçilər
xəbərlər: 97
Status: Offlayn
amma 10-11-ci siniflər universitetə hazırlaşmaqdan başqa heçnə fikirləşmir
ona görə məktəbi qurtaran və uni-yə qəbul olan abituriyentlər cəlb olunmalıdır


realist ol, mümkünsüzü istə
 
2ral-kayzen Tarix: Çərşənbə axşamı, 06.Июля.2010, 22:06 | Xəbər # 8
Qrup: Удаленные





İşiniz-gücünüz yoxdur? hələ də başa düşmürsüz ki pislik etməklə heç nə qazanmaq olmaz?
Facebookda mənasız işlərə sərf etdiyiniz vaxta 3 elmi məqalə hazırlayıb saytınıza qoysaydınız xalq üçün daha faydalı olardı. İstəyir lap televiziyaya çıxıb kayzen.az saytını ləkələməyə çalışın.
Özünüzə intelletkual adı vermisiniz,amma aranızda bir intellektual çıxıb demədi ki,ay Tural,sizin saytda filan işlər mənə şübhəli gəlir.Dur bunları mənə açıqla.Əlinizdn real iş gəlmədiyini bilirəm.Çünki gəlsəydi çoxdan bir tədbir görərdiniz. Ancaq ləkələməyi və guya ki mətniqlə faktları tapmağı bacarırsız.elə bu işlə də məşğul olun.Facebookdan başqa saytlar da var. Onlara da yerləşdirin. Çünki əlinizdən ancaq bu gəlir. Sözümün kimə ünvanlandığını sahiblri başa düşür.
 
IDEAL Tarix: Çərşənbə axşamı, 06.Июля.2010, 23:14 | Xəbər # 9
Generalissimus
Qrup: İstifadəçilər
xəbərlər: 31
Status: Offlayn
Birincisi biz davam edirik. Arxayın ol. Biz pislik yox insanlara yaxşılıq edirik ki sənin toruna düşməsinlər.
İkincisi izah etməyini dəfələrlə tələb etdim. Buyur gec deyil Burada hamısını izah et. Gözləyirik. Biz sənə 50 gün vaxt verib pislik etmək istəmədik. Nəticəsi nə oldu? Saytda artistliyini davam etdirməklə bizi əvvəlkindən də daha çox axmaq yerinə qoydun. Saytda istifadəçilərinə izah et ki nə üçün belə yola əl atmısan? Bizə lazım olmayan və sənin silməyindən heç bir ziyanı olmayacaq məlumatları yerləşdirmişəm. Qalanlarını saxlamışam ola bilər məhkəməyə kimi iş böyüdü. Tural heç nə gec olmadan buyur izah et. Maraqlıdı nə üçün kayzendə bu qədər nikin var. O qədər çoxdu ki, heç bizdə tam siyahini bilmirik. Buna nə üçün əl atmısan izah et.

Qaldı ki, saytımıza nə yerləşdirəcəyimizin sənə dəxlisi yoxdu. Sənin kimi onun bunun məqalələrini müəllif hüquqlarını pozub saytımıza yığmırıq. Üstəlik heç kimin məqaləsini məcburi saytda saxlamırıq. Eyni zamanda müxtəlif niklərlə qeydiyyatdan keçib Şou göstərməyə də çalışmırıq. Saxtakarlıqla insanları sayta yığıb pul qazanmağa çalışmaq bizlik deyil. Bu səbədən yarışlarda təşkil etmirik. Nə edirik bir sözlə özümüz bilərik.

Qaldı ki, Bizim nəyimizə lazım sənə ləkə atmaq? Işimiz gücümüz qurtarmışdıda bəkarçılıq idi. Dedik kimə şər ataq səni tapdıq hə? Bəsdi bizi ələ saldın.


Günəşin arxasınca qaçma. Sen səmanı əldə et günəş özü sənə tərəf gələcək.
 
Elsamir Tarix: Çərşənbə, 07.Июля.2010, 02:40 | Xəbər # 10
FORUM GENERALI
Qrup: İstifadəçilər
xəbərlər: 97
Status: Offlayn
bura şəxsi mübahisələrin yeri deyil angry

realist ol, mümkünsüzü istə
 
IDEAL Tarix: Çərşənbə, 07.Июля.2010, 03:18 | Xəbər # 11
Generalissimus
Qrup: İstifadəçilər
xəbərlər: 31
Status: Offlayn
Bilirəm ancaq onun üsulundan istifadə edib şərhi silmək bizə yaraşmaz. Bu səbəbdən cavab yazmalı oldum.

Günəşin arxasınca qaçma. Sen səmanı əldə et günəş özü sənə tərəf gələcək.
 
Forum » SimClub (komandalar, rəylər, təkliflər, etirazlar.) » Rəylər və təkliflər, etirazlar » İntellek2al təbliğat (necə edək???)
  • Страница 1 из 1
  • 1
Поиск:

Renessan© 2024
Конструктор сайтов - uCoz