Biganəlik deyəndə ki, məncə fəaliyyət sadəcə yarış təşkil etməkdən ibarət olmamalıdı. Kaş klub üzvlərinin toplana biləcəyi, kitabxanası və kompyuteri olan bir ofisimiz olaydı. Ancaq belə yer ciddi maliyyə tələb edir bu səbəbdən inanmıram. Məncə planlı iş görməliyik. 2-və 3 illik plan hazırlayıb ciddi mütaliyə etməliyik. Gəlin bu sahə üzrə Faiq Hüseynovun komandasından belə daha yüksək səviyyəyə qalxmaq istəyən konüllü qrup yaradaq. Hansı ki VAXTIM YOXDU deyə şikayət etməsin və əsas işi elə NHN olsun. Hətda bu qrup üzvlərinin mütaliyəsi planlı şəkildə olsun. 1 aylıq mütaliyə praqramı hazırlayıb təqdim etsin və 1 ayın sonunda o praqramın öhdəsindən gəlmiş olsun. Elsamir, Sözlərində həqiqət var. Daha böyük uğurlara imza atmaq üçün planlı fəaliyyət lazımdır. Ya da hələ uzun müddət bəzi komandaların uğuruna həsəd aparacağıq. Mən məsələn komandamdan ciddi bir uğur gözləmirəm. Çünki sadəcə bazar günü oyuna gəlirlər bu qədər. 6-günü isə boş boşuna keçirirlər. Biz irəli getmək əvəzinə geri gedirik bu da göz qabağındadır. Məsələn mənim özümdə isə yarışda qələbə çalmağa heç bir maraq yoxdur. Elə belə maraqlı sual eşitmək xatirinə yarışa gəlirəm. 2 il əvvəl ki həyacan və istək heç qalmayıb. Düşünürəm ki, bunun səbəbi qarşıda ciddi hədəfin olmamasıdı. Bilirəm ki, Faiq Hüseynov məni komandasına götürən deyil Onun komandası kimi komanda isə yaratmaq hal hazırki şərtlərlə imkansızdı. 3 il olar kadr axtarıram. "Günəşli Sabah"la Sumqayıt ikincisi olduğum gündən bəri axtarışdyam. Yeni Ümid, Fenomen daha sonra isə komandanın adını İdeal olaraq dəyişdirdim bəlkə minimum 50 ə yaxın oyunçu sınaqdan keçirtdim ki çox güclü komanda yaradacam. Ancaq bu gün İdealın vəziyyəti göz qabağındadı. Nə etməliyəm həvəssiz sadəcə oyuna gələn insanlarla davam edəndə inkişaf etməkdənsə geriyə getməyimiz normaldı. Əslində belə həvəssiz kadrlardan ibarət komandanın mövcudluğunu saxlamaq belə çox çətindi. Qalsın ki, yaxşı nəticəyə oynamaq. Məncə klubda eyni zamanda ciddi mütaliyəyə həvəsdə yaratmalıyıq. Heç olmasa NHN sahəsi üzrə inkişaf etmək istəyən kadrlar arasında hətta lazım gəlsə öz aramızda ildə 4 dəfə imtahan təşkil edib qiymətdə almalıyıq.