Şənbə, 11.Мая.2024
İntellek2allar klanı
[ Yeni məlumatlar · İştirakçılar · forumun qaydaları · axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Модератор форума: SIMsim, L-TURK, Abettor, Elsamir  
Forum » Turnirlər » Sumqayıt turnirləri » VIII dövrə I tur (köhnə gimnazistlər ft. kredo)
VIII dövrə I tur
Elsamir Tarix: Bazar, 06.Февраля.2011, 20:08 | Xəbər # 1
FORUM GENERALI
Qrup: İstifadəçilər
xəbərlər: 97
Status: Offlayn
Buyurun sualları müzükirə edin.
Sual 1:
Bildiyiniz kimi qədim paqan tanrılarından bir çoxu İsa Məsihlə oxşar xüsusiyyətlərə sahibdir. Yunan tanrılarından olan Dionis haqqında olan əfsanəyə görə o Baş allah Zevsin oğludur. 25 Dakabr günü bakirədən doğulmuşdur. O bu xüsusiyyətinə görə İsa Məsihə oxşayır. Lakin oxşarlıqları bununla bitmir. Dionis İsa Məsih kimi və özündən əvvəlki bir çox tanrılar kimi çarmıxa çəkilir.
Sual: Dionis-in adının mənası nədir?
Cavab: iki dəfə ya ikinci dəfə doğulan
Müəllif: Seymur Elyazlı

Sual 2:
Yaponiyanın üç görkəmli hökmdarının xarakterlərini bir cümlə ilə belə təsvir edirlər:
Oda Nabunaqa çox qəddar insan olub. Onun siyasəti belə ifadə olunur:
“əgər quş oxumursa onu öldür”
Tokuqava İeyasu səbrli və təmkinli insan idi. Onun siyasəti belə ifadə olunur:
“əgər quş oxumursa onu oxuyana qədər gözlə”
Toyotomi Xideyosi isə müdrik insan hesab olunurdu.
Diqqət sual:Onun siyasəti necə ifadə olunur?
Cavab:“əgər quş oxumursa ona oxumağı öyrət”

Sual 3:
25 iyun 2009-cu ildə Nyu-Yorkun Tayms meydanında izdiham yaranmışdı. İnsanlar monitora baxırdı. Los-Anclesdən gələn xəbərə görə isə o nəfəs almırdı. Gecə saatlarına qədər izdiham böyüdü. Saat 2-26da monitordakı yazıdan sonra isə meydanda bir çox insan özündən getdi. Və xəstəxanaya aparıldı. Sual: Monitorda nə yazılmışdı?
Cavab : Maykl Cekson öldü.
Müəllif: Seymur Elyazlı

Sual 4:
Yaponların Sevdikləri məşğuliyyətlərdən biri də iyun ayında Bunu tutmaqdır. Onu tutmaq istəyənlər gölün yaxud çayın sahilinə gedirlər. Yaponlar tutduqlarını gətirib öz bağlarına buraxırlar ,ya da onları kiçik qəfəsə salıb evlərinin tavanından asırlar.
Kömək üçün aşağıdakı hokkuya qulaq asın:
Zülmətdən səfeh nə var?
Onu tutmaq istədim, əlimə tikan batdı.
Diqqət sual: yaponların məşğuliyyət obyekti nədir?
Cavab: Atəş böcəyi tutmaq.
Müəllif: Akif

Sual 5: (Diqqət qara qutu)
Tapmacaya qulaq asın:
Vurdum bir daş ləpiyə,
Buraxdım baş-təpəyə,
Quyruğundan tutmasan,
Otlamaz bircə kərə.
Diqqət sual: qara qutudakı nədir?
Cavab: ülgüc.

Sual 6:
“Vicdansızam mən.Mənim vicdanım O-dur” Herman Gering bu sözləri kimin haqda deyib?
Cavab:Adolf Hitler
Şərh:Herman Gering Hitler hakimiyyətdə olarkən Almaniyanın Hava Qüvvələri Komandanı idi.
Müəllif: Nicat Xəlilov

Sual 7:
Bildiyimiz kimi 1937-ci ildə Milli Basketbol Liqası yaradıldı.Lakin tezliklə II dünya müharibəsi başlandığından basketbolçular orduya cəlb olundular.Müahribə zamanı bəzi basketbolçular xəsarət alsalar da,müəyyən orqanlarını itirsələr də onlar öz sevimli oyunlarından ayrı qalmaq istəmədilər.Son nəticədə isə bu çatışmazlıq,inadkarlıq özlüyündə müsbət nəticə doğurdu.1946-cı ildən isə biz bu müsbət nəticəni görürük.Bəs 1946-cı ildə hansı yenilik yarandı?
Cavab:İdman (əlil) arabalarında basketbol oyunlarına start verildi.(Sonrada isə bu oyun hətta para-olimpiya oyunlarının proqramına da salındı).
Müəllif: Nicat Xəlilov

Sual 8:

Bu karikaturadakıların kim olduğunu soldakı obraz çox orginal bir şəkildə təqdim edir. Soldakı obraza inansaq “özünü yayımlama” keyfiyyəti sağdakı obraza məxsusdur. Amma zənn etmirəm ki, zaldakılar sırf şəkildə sağ tərəfdə göstərilən obraz vasitəsi ilə özlərini yayımlayıblar.
Karikaturada gizlətdiyimiz “söz oyunun” nədən ibarət olduğunu yazmağa çalışın.

Cavab: ı phone , you tube
İzahat: youtube-nin şüarı broadcast yourself – özünü yayımlama
Müəllif: Zaur Fərzəliyev və Samir Elyazlı

Sual 9:
Osmanlı dövründə müharibədən qayıdan qoşunları şəhər qapılarında həkim nəzarəti gözləyirdi. Həkimlərin məqsədi cüzam xəstəliyinə tutulmuş əsgərləri aşkar etmək və onları şəhərə buraxmamaq idi. Bunun üçün həkimlərə yalnız əsgərlərin paltarını yoxlamaq kifayət edirdi.
Sual: Həkim əsgərlərin paltarlarını yoxlamaqla onun cüzam xəstəsi olmağını necə müəyyən edirdi.
Cavab: paltarda bit olub- olmamasını yoxlayırdı.
Şərh: bit varsa sağlamdır
Müəllif: Zaur Fərzəliyev
Sual 10:
Getdiyi yaz məktəbinə daxil olmaq səbəbi kimi o , NBA-də oynamaq istəyini bildirdi. ona burada yalnız milyonda 1 nefer NBA-da oynaya bilər deyilmişdi. O isə cavabında mən o milyonda birəm dedi. NBA-də ilk atışı air-ball olsa da, bu uğursuzluq onu izləmədi. Onun Şakil Oniil ilə aralarında kəskin mübarizə olsa da hər ikisi 1 aprel 2006-da qız atası oldular. Söhbət kimdən gedir?
Cavab: Kobe Brayant
Müəllif: Seymur Elyazlı

Sual 11:
BU-nun ilk dəfə yarandığı ölkələr haqqında müxtəlif fikirlər var.Bəzi insanlar BU-nun İngiltərədə,bəziləri ABŞ-da,bir başqaları isə CAR-da yarandığını söyləyir.İngiltərədə və ABŞ-da BU-nun yaranması jurnalistlərin adıyla bağlıdır.CAR-da isə sıravi vətəndaş Orvil həbsxanada olduğu müddətdə BU-nu yaradıb.Hər birimizin həyatımızda ən azından bir dəfə BU-ndan istifadə etdiyini bilərək BU-nun nə olduğunu tapın.
Cavab:Krossvord
Müəllif: Nicat Xəlilov

Sual 12:
Dünyanın bir nömrəli verilənlər bazası idarəetmə sistemi olan ORACLE şirkətinin sahibi Larry Ellison özünün mübarizəsi, kariyerası və başqa firmalarla müharibəsini, adı kompyuter terminindən yalnız bir hərf ilə fərqlənən kitabını yazdı. Sual kitabın adı nə idi?
Cavab: Softwar
Kommentariya: Kompyuter termini software dir, yəni proqram tıminatı. Kitabın adı isə Soft war dır. Yəni soft müharibə
Müəllif: Rüfət Babakişiyev

Sual 13:
Yəqin elə hesab edirsiniz ki, hər bir vətəndaş öz dövlətinin himnini əzbərdən bilməlidir.Yunanıstanda isə buna heç kim əməl etmir.
Sual:Sizcə bunu səbəbi nədir?
Cavab: Çünki Yunanıstanın dövlət himni ”158” sətirdən ibarətdir(yaxın cavablar da qəbul olunur)
Müəllif: Tural Şıxıyev

Sual 14:(Diqqət blits) təzə komandalar üçün blitsin izahı verilir
Yapon poeziyasının hokku formasında bəzi sözlər ilin müəyyən fəslini-vaxtını bildirirdi.
I-sual: ay, ulduzlar və Bon bayramı sözləri ilin hansı fəslini bildirir?
Cavab: payız (ay daha dolğun olur...)
II- sual: ququ quşu, pion gülü və leysan sözləri hansı fəsli bildirir?
Cavab: yay
III-sual: Kəpənək, Bülbül və hörümçək toru sözləri hansı fəsli bildirir?
Cavab: yaz
Sual 15:

Gördüyünüz fotonu dostum Avstriyanın paytaxtı Vyanada olarkən, Vyananın məhşur prospektlerinin birində görüb və mobil telefonla çəkib. Çox Viyanalı onun sualına cavab verə bilməyib. Sizə göstərilən fotoda nə qadağan olunur?
Cavab: Əl-ələ gəzmək
Müəllif: Rüfət Babakişiyev
Sual 16:
Planet Parni İz Baku teatrının səhnəciklərinin birində Hacıbala Abutalıbov novruz bayramı ərəfəsində Bakıya qonaq gələn rusiyalı həmkarı Luşkova novruzun rəmzlərindən biri olan keçəli necə tədim edir?
Cavab: Naçionalnıy skinxed (milli skinxed)
Mənbə: “Ağ-qara” adlı tamaşadan bi parça
Müəllif: Rüfət Babakişiyev

Sual 17:
İsrail-misir müharibəsi zamanından sərhədyanı ərazilərdə xüsusi zonalar qalmaqdadır. Yerli əhali bu əraziləri “uçan dəvələr məkanı” adlandırır.
Sual: Bəs bu ərazilər müharibə zamanı necə adlanırdı?
Cavab: minalanmış ərazillər

Sual 18:
Dişi göyərçinlər təklikdə yumurta qoya bilmirlər. Onlar mütləq başqa bir göyərçini görməlidirlər.
Sual: Bəs qəfəsdə saxlanılan göyərçini aldatmaqla necə yumurtlamağa məcbur etmək olar?
Cavab: qarşısına güzgü qoymaqla

Sual 19:
Filosof Semyon Frank yazırdı:
“bu hər zaman mənasızdır. Bu. partlayışın köməyi ilə buxar maşının qüsurlarını düzəltmək və ya zəlzələnin köməyi ilə şəhər küçələrinin məqsədəuyğun planlaşdırılması cəhdinə bənzəyir”
Sual: Semyon Frank nəyi nəzərdə tuturdu?
Cavab: inqilab

Sual 20:
Belinski ,Puşkinin yaradıcılığına həsr etdiyi məqalədə belə yazırdı:
“islamizm ruhunu və ərəb poeziyasının gözəlliyini tamamilə ifadə edə bilən antoloji tərzdə yaradılmış və qədim ellin ilham pərisini andıran X-ə təqlid adlı gözəl şeirlər Puşkinin poetik tacında parlaq bir almasdır”
Diqqət: Sualda x-lə nə əvəz edilmişdir.
Cavab: Quran

Sual 21:
İndiana universitetinin mərkəzi kitaxanası hər il müəyyən qədər çat verir, Buna bir səbəb mühəndislərin düzgün hesablama aparmaması göstərilsə də, əsas səbəb bir qədər başqadır.
Kömək üçün deyək ki, kitabxana taxtadan tikilib.
Bir dəqiqə ərzində əsas səbəbin nə olduğunu yazın.
Cavab:hər il yeni kitab gəldiyindən kitabların ümumi çəkisi kitabxananın çəkisindən artıqdır.

Sual 22:
1940-cı ildə əsası qoyulan bu korparasiyanın şəbəkələrinə dünyanın hər yerində rast gəlmək olar.ABŞ-da isə buna təkcə Vermont ştatının paytaxtı Montpeyler şəhərində rast gəlinməsə də ,Bakıda buna asanlıqla rast gəlmək olar.
Diqqət sual: Söhbət hansı beynəlxalq korparasiyadan gedir?
Cavab: Makdonalds
Müəllif: Tural Şıxıyev

Sual 23:
1927-ci ildə çəkilmiş Don Juan filmində bu səhnə kino tarixində ən çox- 127 dəfə baş verir. Aktyor Con Berrimor bunu aktrisalar Meri Astor və Estell Teylordan alır.
Sual: Söhbət hansı səhnədən gedir?
Cavab: Öpüş səhnəsi

Sual 24:
Sumo güləşçiləri öz çəkilərini artırmaq məqsədi ilə demək olar ki, bütün növ ət məhsullarından – mal, qoyun,donuz ətindən bol-bol istifadə edirlər. Yalnız döyüş keçirilən gün onlar yalnız toyuq əti yeyirlər.
Sual: Sumo güləşçiləri döyüş günü yalnız toyuq əti yemələrini necə izah edirlər?
Cavab: toyuq iki Ayaqlıdır, digər heyvanlar 4, iki ayaqüstə dayanıqlı olmaq üçün
Şərh: Sumo güləşində iki ayaqdan başqa bədənin digər hissəsi yerə toxunursa güləşçi uduzur.

Bərkitmə: _Microsoft_Word.htm (4.4 Kb)


realist ol, mümkünsüzü istə
 
Rufet_GS Tarix: Bazar, 06.Февраля.2011, 23:11 | Xəbər # 2
Рядовой
Qrup: İstifadəçilər
xəbərlər: 6
Status: Offlayn
8,9,24-cu suallari beyendim, digerleri de pis deyildi,ama 24 hardasa oynanilib ama bilmirem harda...
 
Elsamir Tarix: Bazar ertəsi, 07.Февраля.2011, 13:53 | Xəbər # 3
FORUM GENERALI
Qrup: İstifadəçilər
xəbərlər: 97
Status: Offlayn
Rufet_GS, növbəti həftə sualları kim hazırlayacaq?

realist ol, mümkünsüzü istə
 
kent-8 Tarix: Bazar ertəsi, 07.Февраля.2011, 17:02 | Xəbər # 4
Рядовой
Qrup: İstifadəçilər
xəbərlər: 2
Status: Offlayn
Umumilikde yaxwi paket idi...
I phone, you tube sohbeti vapwe lezzet eledi...
Amma dalbadal 2 sualdaki sehvlikler komandalara (wexsen bize) mane oldu....10cu "EMBADE" happy sualinda oxunuw sehvi, onnan soraki 11ci sualda ise sualin sonundaki "Hər birimizin həyatımızda ən azından bir dəfə BU-ndan istifadə etdiyini bilərək BU-nun nə olduğunu tapın" ifadesi umumilikde paketin lap ela cixmasina mane oldu...

p.s---mence daniwildi ki,gelen hefte suallari Fantom ve Mister Prezident versin...

 
Rufet_GS Tarix: Bazar ertəsi, 07.Февраля.2011, 21:23 | Xəbər # 5
Рядовой
Qrup: İstifadəçilər
xəbərlər: 6
Status: Offlayn
Fantom ve Mr Prezident suallari hazirlayacaq
 
Elsamir Tarix: Bazar ertəsi, 07.Февраля.2011, 23:35 | Xəbər # 6
FORUM GENERALI
Qrup: İstifadəçilər
xəbərlər: 97
Status: Offlayn
"Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə SİM-klubun VIII dövrə I turunun nəticəsi:
Bərkitmə: 1694417.jpg (65.2 Kb)


realist ol, mümkünsüzü istə
 
Forum » Turnirlər » Sumqayıt turnirləri » VIII dövrə I tur (köhnə gimnazistlər ft. kredo)
  • Страница 1 из 1
  • 1
Поиск:

Renessan© 2024
Конструктор сайтов - uCoz