Bazar, 12.Мая.2024
İntellek2allar klanı
[ Yeni məlumatlar · İştirakçılar · forumun qaydaları · axtarış · RSS ]
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Модератор форума: Abettor, SIMsim, VunderEminshteyn, Renessans  
Forum » Turnirlər » Ölkə turnirləri » Azərbaycan dilində II Azərbaycan çempionatı (Müzakirə...)
Azərbaycan dilində II Azərbaycan çempionatı
L-TURK Tarix: Bazar ertəsi, 10.Мая.2010, 16:48 | Xəbər # 1
Генералиссимус
Qrup: İstifadəçilər
xəbərlər: 15
Status: Offlayn
İlk olaraq reqlament və əsasnamə ilə tanış olun.

REQLAMENT
Respublika gününə həsr olunmuş
«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə Azərbaycan dilində II Azərbaycan Çempionatının
R E Q L A M E N T İ
1. Ümumi müddəalar
1.1. Respublika gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan dilində II Azərbaycan Çempionatı (bundan sonra mətndə Çempionat) məqsədi məqsədi dövlət dilində intellektul oyunların təbliğ olunmasından, intellektual oyunlar hərəkatının kütləviləşməsinin təmin edilməsindən, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə güclülərin müəyyən edilməsindən ibarətdir.
1.2. İntensiv intellektual istiqamətli asudə vaxtın səmərəli keçirilməsi, Azərbaycanın zəngin milli mədəniyyətinin təbliği, gənclərin intellektual yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şəraitin yaradılması, qoyulmuş problemlərin həllinə qeyri-standart yanaşmanın stimullaşdırılması, tərbiyəsi, habelə qoyulmuş problemlərin praktiki həllinə yaradıcı yanaşma vərdişlərinin stimullaşdırılmasına dəstək verilməsi Çempionatın vəzifələridir
1.3. Çempionat Əsasnamə və bu Reqlament əsasında təşkil edilir. Bu Reqlament Çempionatın oyunlarının keçirilməsinin bütün hallarını tənzimləmir. Oyunun keçirilməsinin bu Reqlamentlə tənzimlənməyən məsələlər “Nə? Harada? Nə zaman?” Məcəlləsi ilə müəyyən edilmiş qaydada həll edilməlidir.
1.4. Çempionat 22 may 2010-cu ildə Park İnn otelinin Dan Ulduz konfrans zalında keçiriləcəkdir.
1.5. Çempionatda iştirak etmək üçün ərizələrin son qəbul tarixi 20 may 2010-cu ildir.
2. Çempionatın icraiyyə orqanları
2.1. Çempionatın icraiyyə orqanları Təşkilat Komitəsi, Aparıcı, Redaktorlar, Oyun Jürisi, Apellyasiya Jürisi, Texniki Komissiya, Sekundantlardır.
2.2. Təşkilat Komitəsinin statusu Çempionatın Əsasnaməsi ilə müəyyən edilir.
2.3. Təşkilat Komitəsi Çempionatın keçirilməsi ilə əlaqədar idarəetməni və informasiya dövriyyəsini təmin edir.
2.4. Təşkilat Komitəsi tərəfindən təyin edilmiş Aparıcı sualların oxunmasını, onların cavablarının elan edilməsini, oyunun gedişi barədə müxtəlif məzmunlu elanların verilməsini təmin edir.
Aparıcı:
- Yaxşı diksiyaya malik olmalı və şifahi Azərbaycan dilinin qaydalarını bilməli;
- oyun materialları ilə əvvəlcədən tanış olmalı;
- sualları dəqiq və aydın oxumalı, mexaniki siqnallar olmadıqda vaxt axımını aparmalı;
- qeyri-korrekt davranışa yol vermiş komanda və tamaşaçıları onlara qarşı cərimə sanksiyalarının tətbiq edilməsi barədə məlumatlandılmalı;
- Oyun zamanı sualların oxunmasını, nəticələrin hesablanmasını, hesabatların tərtib olunmasını, nəticələrin elan olunmasını;
- Çempionatın və Reqlamentin icra olunmasını;
- oyun meydanının müvafiq tələblərə uyğun vəziyyətə gətirilməsini;
- Çempionatın keçirilməsi üçün zəruri olan digər hərəkətlərin həyata keçirilməsini təmin etməlidirlər.
Aparıcı Təşkilat Komitəsinin səlahiyyətli nümayəndələri hesab olunur və onun Çempionatın gedişi və təşkilinə dair göstərişi Çempionat iştirakçıları üçün məcburidir.
2.5. Təşkilat Komitəsi tərəfindən təyin edilmiş Redaktorlar onlara tapşırılmış sual paketini hazırlayırlar. Sual paketində suallar, cavablar, hər bir sual üzrə cavabların sayılıb-sayılmamasına dair tövsiyələr (sayılma meyarı) və digər rekvizitlər olmalıdır.
2.6. Təşkilat Komitəsi tərəfindən təyin edilmiş Oyun Jürisi komandaların cavabları üzrə qərarlar qəbul edir və onların oyun cədvəllərində əks etdirilməsini təmin edir.
Oyun Jürisi:
- komandaların cavablarını qiymətləndirməli;
- bitmiş turun nəticələrini elan etməli;
- dual cavabların sayılması və ya sualın çıxarılması barədə Apellyasiya Jürisinin qərarına əsasən nəticələr cədvəlinə düzəlişlər etməli;
- Apellyasiya Jürisi işini bitirdikdən sonra turnirin yekun nəticələrini elan etməli;
- oynanılmış sualların mətnini turnir bitənə qədər saxlamalı, Apellyasiya Jürisi və ya komanda kapitanlarının tələbi ilə onlara təqdim etməli;
- cərimə sanksiyalarının tətbiq edilməsi barədə qərar qəbul etməlidir (sadə səs çoxluğu ilə).
Oyun Jürisinin hüququdur:
- gecikmə ilə verilmiş cavabları qəbul etməmək;
- cavab kartında komandanın nömrəsi yoxdursa nəticələr hesablanarkən onu nəzərə almamaq.
2.7. Təşkilat Komitəsi tərəfindən təyin edilmiş Apellyasiya Jürisi verilmiş apellyasiyalar və mübahisəli cavablar üzrə qəti olan qərarlar qəbul edir. Onun müzakirəsinə verilmiş bütün məsələlər üzrə Apellyasiya Jürisinin qərarları qətidir və onlardan şikayət verilə bilməz.
2.8. Təşkilat Komitəsi tərəfindən təyin edilmiş Texniki Komissiya komandaların cavabları üzrə qərarların oyun cədvəllərində əks etdirilməsini, müxtəlif texniki məsələlərin həllini təmin edir. Texniki Komissiya hesabatların dürüstlüyünə görə məsuliyyət daşıyır.
2.9. Təşkilat Komitəsi tərəfindən təyin edilmiş Sekundantlar komandaların cavablarının Oyun Jürisinə çatdırılmasını və Aparıcının digər tapşırıqlarının icrasını təmin edir.
Sekundantlar:
- aparıcının komandası ilə komandalardan cavab kartlarını yığmağa və maksimum tez onları Oyun Jürisinə çatdırmalı;
- artıq yığılmış cavab kartlarının mahiyyətinin digər komandaların oyunçuları üçün gizli qalmasına diqqət etməli;
- cavab kartlarının vaxtlı–vaxtında təhvil verilməsinə nəzarət etməli və gecikdirilmiş cavab kartları barədə Oyun Jürisinə xəbər verməli;
- gecikdirilmiş cavab kartlarını qəbul etməməli;
- turnirin gedişi ərzində komanda və tamaşaçıların qeyri–korrekt davranışını fiksə etməyə və bu barədə Oyun Jürisinə məlumat verməlidir.
Sekundant bu Reqlamentin tələblərini pozarsa o, Oyun Jürisinin qərarı ilə dəyişdirilə bilər.
3. İştirakçılar
3.1. Çempionatın Əsasnaməsinin və bu Reqlamentin tələblərinə cavab verən, Çempionatda iştirak etmək fikrini müvafiq sifariş vərəqəsini düzgün doldurmaqla bildirmiş istənilən komanda Çempionatın iştirakçısı ola bilər.
3.2. Çempionatda hər birində 6 əsas (onlardan biri kapitan olmaqla) və 1 ehtiyat oyunçu olan komandalar iştirak edə bilərlər. Komandaların adı, oyunçuların soyadı, adı və atasının adı (kapitan haqqında qeydlə birlikdə), təvəllüdü, telefonu və elektron poçt ünvanı komandanın kapitanı tərəfindın doldurulan və komandanın Əsasnamə və Reqlamentlə tanışlığını və onunla razılığını ifadə edən imzası ilə təsdiq edilən sifariş vərəqəsində göstərilməlidir.
3.3. Eyni zamanda oyun masasının arxasında 6 nəfərdən çox oyunçu ola bilməz. Komandanın heyətində onun sifariş vərəqində olmayan oyunçunun iştirakı qadağandır. Komandanın heyətində başqa komandanın sifariş vərəqində adı olan oyunçunu iştirakı qadağandır. Sifariş vərəqi tam doldurulmamışdırsa, ona əlavələr edilməsi, sifariş vərəqindən oyunçunun adının çıxarılması Təşkilat Komitəsinin razılığı ilə mümkündür.
3.4. Çempionatda iştirak etmək istəyən komanda 20 manat məbləğində iştirak haqqı ödəməlidir.
4. Çempionatın formulu
4.1. Çempionat 4 tur üzrə bölünmüş 60 sualdan ibarətdir.
4.2. Hər bir tur 15 sualdan ibarətdir. Turun başlanma anı aparıcının aşağıdakı ifadəsidir: “Diqqət, birinci sual”. Turun sonu axırıncı sualın cavabı elan edildikdən sonra aparıcının aşağıdakı ifadəsidir: “Tur bitdi”. Turlararası fasilənin davamiyyəti Kubokun Təşkilat Komitəsi tərəfindən müəyyən olunur.
4.3. Suala düzgün cavab komandaya 1 xal, yanlış cavab 0 xal gətirir. Apellyasiya Jürisinin qərarı ilə qeyri-korrekt sual kimi çıxarılmış suallar nəticələr hesablanarkən nəzərə alınmır.
4.4. Çempionatın nəticələri 4 turdan sonra hesablanır və rəqiblərindən daha çox xal toplamış komanda daha yüksək yer tutur. Bərabər xal toplamış komandalar müvafiq yerləri bölüşdürürlər. Əgər iki və ya daha çox komanda eyni xalla birinci yer tutarlarsa onlar arasında 6 sualdan ibarət əlavə suallar verilir. Daha çox sayda suala cavab vermiş komanda qalib elan olunur. Xallarin bərabərliyi halında sualların verilməsi komandalardan biri tərəfindən qızıl xal qazanılana qədər davam etdirilir.
4.5. Bütün iştirakçı komandalar eyni zamanda və eyni bir zalda yarışırlar.
4.6. Oyun zamanı iştirakçı komandaların üzvlərinin sayı 6 nəfərdən çox olmamalıdır. Oyunçu dəyişiklikləri yalnız turlar arasında həyata keçirilə bilər. Turun başlanmasına gecikmiş və ya turun sonuna qədər öz oyun yerini üzürsüz səbəbdən tərk etmiş oyunçular yalnız növbəti turda oyuna qoşula bilərlər.
4.7. İştirakçı komandaların vəzifəsi verilmiş suallara vaxtlı-vaxtında cavab verməkdir.
4.8. Suallar Azərbaycan dilində verilir. Sualda aydın şəkildə əksi tələb edilmirsə komandalar cavabları yazılı şəkildə Azərbaycan dilində verir.
4.9. Sual ətrafında müzakirə müddəti bir dəqiqədir. Cavab kartının göndərilməsinə 10 saniyə vaxt verilir. 10 saniyənin axımı müzakirə üçün verilmiş 1 dəqiqəlik müddətin
50-ci saniyəsində hesablanmağa başlanır. 1 dəqiqə bitdikdən sonra 5 saniyədən gec olmayaraq hər hansı iştirakçı komandanın üzvü cavab kartını başı üzərinə qaldırarsa, həmin komanda vaxtlı-vaxtında cavabı göndərmiş sayılacaq. Aparıcının «cavablar artıq qəbul olunmur» ifadəsindən sonra cavab kartları qəbul olunmayacaq və gecikmə ilə verilmiş cavablar nəzərdən keçirilmir. Cavabların qəbul olunub-olunmaması aparıcının müstəsna səlahiyyətindədir. Apellyasiya Komissiyası bu tip şikayətlərə baxmır. Cavab həm formasına, həm də məzmununa görə suala uyğun gəlməlidir.
4.10. Sualın mahiyyətini kifayət qədər konkretləşdirmirsə (tələb olunanın konkretləşdirmə dərəcəsi sualda göstərilməlidir və ya Oyun Jürisi tərəfindən təyin edilir); cavab forması sual formasına uyğun gəlmirsə; birdən çox cavab variantı verilibsə və onlardan heç olmasa biri səhvdirsə; cavabda onun mahiyyətini dəyişən kobud səhvlər varsa (adlar, soyadlar, tarixlər, fəaliyyət forması, və s. düzgün yazılmayıbsa) cavab düzgün sayılmır
4.11. Komandaların cavabı turnirin nəticələri hesablanana qədər saxlanılır.
4.12. İstənilən məsələ üzrə aparıcıya və texniki personala yalnız komandanın kapitanı müraciət edə bilər. Komandanın başqa üzvləri müraciət edə bilməzlər.
4.13. İştirakçı komandalar aşağadakı hallarda apellyasiya verə bilərlər:
- İştirakçı komanda sualın qeyri-korrekt (sualın səhv tərtib olunması, tərtib olunan cavabın düzgün olmaması) iddia edilərsə;
- İştirakçı komanda verdiyi cavabın düzgün olduğunu və onun sayılmasını tələb edirsə (cavabda ikili xarakter olarsa və ya əsas sözün sinonimi istifadə olunarsa).
4.14. Digər komandaların cavablarının sayılmasına və ya sayılmamasına verilən apellyasiyalar qəbul edilmir və araşdırılmır.
4.15. Hər bir turun sualları üzrə apellyasiya müvafiq tur bitdikdən sonra 10 dəqiqə ərzində verilməlidir. Bu qaydanın pozulması apellaysiyanın qəbul edilməsindən imtina edilməsi ilə nəticələnir.
4.16. Şikayətlər yazılı şəkildə Çempionatın Təşkilat Komitəsi tərəfindən təyin edilmiş üç üzvdən ibarət Apellyasiya Jürisinə verilir (şikayət 10 manat məbləğində girovla təmin olunur) Apellyasiya Jürisi şikayətə baxır, onu qəbul edir və ya rədd edir (Şikayət rədd edildikdə girov məbləği geri qaytarılmır). Dual cavabların sayılmasına dair qərarlar sadə səs çoxluğu ilə, sualın çıxarılmasına dair qərarlar isə yekdilliklə qəbul edilir. Apellyasiya Komissiyasının qərarı qətidir. Qərara yenidən baxıla bilməz.
4.17. Qeyri–korrektliyə verilmiş apellyasiya təmin edildikdən sonra çıxarılmış sual başqası ilə əvəz olunmur, bu suala cavab vermiş komandaların müvafiq xalları silinir.
Əgər apellyasiya vermiş komanda cavabın duallığını sübut edərsə bu cavabı vermiş bütün komandalara müvafiq xallar verilir.
4.18. Apellyasiya Jürisi öz fəaliyyətində aşağıdakı müddəaları rəhbər tutur:
- dual cavabların sayılmasına dair qərarlar sadə səs çoxluğu ilə, sualın çıxarılmasına dair qərarlar isə yekdilliklə qəbul edilir;
- Jüri üzvləri bitərəf qala bilməzlər;
- dual cavabların sayılması eyni cavabları vermiş bütün digər komandalara da həmin cavabın düz cavab kimi sayılması ilə nəticələnir;
- sualın çıxarılması bu suala cavab vermiş bütün komandaların bu cavaba görə aldığı xalın silinməsi ilə nəticələnir;
- sualın çıxarılmasına dair apellyasiyanı müzakirə edən komissiya buraxılmış səhvin əhəmiyyətsiz olması qənaətinə gələrsə apellyasiyanı rədd edə bilər;
- sual müəllifinin və redaktorun müvafiq izahatını tələb edə bilər.
5. Çempionatın qalibinin müəyyən edilməsi
5.1. Rəqiblərindən daha yaxşı nəticə göstərmiş komanda Çempionatın qalibi elan olunur və Respublika gününə həsr olunmuş «Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə Azərbaycan dilində II Azərbaycan Çempionatının çempionu adını qazanır.
5.2. Çempionatın qalibləri keçici Azərbaycan Çempionatının Kuboku, medallarla və diplomlarla mükafatlandırılırlar.
5.3. Çempionatın qalibi Respublika gününə həsr olunmuş «Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə Azərbaycan dilində II Azərbaycan Çempionatının nəticələrinə əsasən Azərbaycan Respublikasını rus dilində keçirilən «Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə Dünya Çempionatlarında təmsil etmək hüququnu əldə etmir.
6. Cərimə sanksiyaları
6.1. Oyun Jürisinin qərarı ilə Çempionatın gedişi ərzində qeyri-korrekt davranışa yol vermiş komandalara, oyunçulara və tamaşaçılara qarşı cərimə sanksiyaları tətbiq edilir.
6.2. Komandalara qarşı tətbiq edilən cərimə sanksiyası dedikdə aşağıdakılar başa düşülür:
- Çempionatda göstərdiyi nəticənin ləğv edilməsi;
- Çempionatın keçirildiyi zaldan komandanın çıxarılması;
- xalın silinməsi;
- qeyri-korrekt davranışa yol vermiş iştirakçının zaldan çıxarılması.
6.3. Tamaşaçıya qarşı tətbiq edilən cərimə sanksiyası dedikdə, onun Çempionatın keçirildiyi zaldan çıxarılması başa düşülür.
6.4. Çempionatın keçirilməsi ərzində kiomandanın qeyri–korrekt davranışı dedikdə onun İştirak Ərizəsində adı göstərilmiş oyunçusunun aşağıdakı hərəkətləri başa düşülür:
- birlikdə və ya ayrılıqda aparıcını, sekundantları, Oyun Jürisinin, Apellyasiya Jürisinin, Texniki Komissiyanın, Çempionatın Təşkilat Komitəsinin üzvlərini təhqir edən hərəkətlər və ya ifadələr;
- birlikdə və ya ayrılıqda Çempionatın oyunlarının keçirilməsi üzrə fəaliyyət göstərən aparıcının, sekundantların, Oyun Jürisinin, Apellyasiya Jürisinin, Texniki Komissiyanın, Çempionatın Təşkilat Komitəsinin fəaliyyətinə mane olan hərəkətlər;
- aparıcının, sekundantların, Oyun Jürisinin, Apellyasiya Jürisinin, Texniki Komissiyanın, Çempionatın Təşkilat Komitəsinin üzvlərinin Çempionatın oyunlarının keçirilməsi ilə əlaqədar olan tələblərinin yerinə yetirilməməsi;
- onların razılığı və ya dəvəti olmadan Çempionatın oyunlarının təmin edilməsi üzrə fəaliyyət göstərdikləri vaxt ərzində aparıcıya, Oyun Jürisinin, Apellyasiya Jürisinin, Texniki Komissiyanın, Çempionatın Təşkilat Komitəsinin üzvlərinə 2 m-dən az olan məsafəyə yaxınlaşmaq.
6.5. Çempionatın keçirilməsi ərzində tamaşaçının qeyri-korrekt davranışı dedikdə 6.4. bəndində göstərilmiş hərəkətlər və aşağıdakı həkətlər başa düşülür:
- komandanın və ya onun oyunçusunun təhqiri;
- komandanın və ya onun oyunçusuna kömək göstərmək;
- aparıcı sualı oxuyarkən səs salma.
6.6. Cərimə sanksiyasının tətbiqi (tətbiq edilməməsi) haqqında qərar tur bitdikdən sonra 10 dəqiqədən gec olmayaraq qəbul edilir. Bu qərarı qəbul edən orqan təqsirkar tərəfin izahatını ala bilər.
6.7. Cərimə sanksiyalarının tətbiqi haqqında qərar qəbul edildikdə aparıcı bu barədə elan edir.
7. Yekun müddəalar
7.1. Oyunun bütün iştirakçıları oyunçular, aparıcı, müxtəlif jürilərin üzvləri, sualların redaktoru və müəllifləri təkcə qaydalara riayət etməyi ehtiva etməyən ümumi qəbul olunmuş etik normalara riayət etməlidir. Bu anlayışa oyunun bütün iştirakçılarına və tamaşaçılarına dostcasına münasibət və qarşılıqlı hörmət və dostcasına oyun atmosferinin yaradılmasına can atmaq daxildir.
7.2. Oyunun bütün iştirakçıları:
- şifahi və yazılı formada, həmçinin müxtəlif forum və internet informasiya səhifələrində öz həmkarları üçün təhqiredici kütləvi ifadələrdən qaçmalı;
- başqa oyunçuları qeyri düzgün oyuna görə sübutsuz ittihamlar etməkdən çəkinməli;
- yarışın başqa oyunçuları və ya iştirakçılarına münasibətdə onları qaydaları və ya etik normaları pozmağa sövq edən hərəkətlərə yol verməməlidirlər.


Heç vaxt düşünməyin ki, hər hansı bir fikir ilk olaraq sizin ağlınıza gəlib !
 
L-TURK Tarix: Bazar ertəsi, 10.Мая.2010, 16:49 | Xəbər # 2
Генералиссимус
Qrup: İstifadəçilər
xəbərlər: 15
Status: Offlayn
ƏSASNAMƏ
Respublika gününə həsr olunmuş
«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə Azərbaycan dilində II Azərbaycan Çempionatı
haqqında
Ə S A S N A M Ə
1. Məqsəd və vəzifələr
1.1. Respublika gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan dilində II Azərbaycan Çempionatı (bundan sonra mətndə Çempionat) məqsədi dövlət dilində intellektul oyunların təbliğ olunmasından, intellektual oyunlar hərəkatının kütləviləşməsinin təmin edilməsindən, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə güclülərin müəyyən edilməsindən ibarətdir.
1.2. İntensiv intellektual istiqamətli asudə vaxtın səmərəli keçirilməsi, Azərbaycanın zəngin milli mədəniyyətinin təbliği, gənclərin intellektual yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şəraitin yaradılması, qoyulmuş problemlərin həllinə qeyri-standart yanaşmanın stimullaşdırılması, tərbiyəsi, habelə qoyulmuş problemlərin praktiki həllinə yaradıcı yanaşma vərdişlərinin stimullaşdırılmasına dəstək verilməsi Çempionatın vəzifələridir
2. Çempionatın təsisçisi və təşkilatçısı
2.1. Çempionatın təşkilatçısı Azərbaycan Respublikası Gənclər və İdman Nizirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Atşəgah İntellektual Oyunlar Klubu” İctimai Birliyidir.
2.2. Təşkilatçılar Çempionatın Əsasnaməsini, Reqlamentini təsdiq edir, Təşkilat Komitəsini formalaşdırır.
3. Təşkilat Komitəsi
3.1. Təşkilat Komitəsi Çempionatın icraiyyə orqanıdır və Çempionatın hazırlanması, təşkili və koordinassiyası onun səlahiyyətinə aiddir.
3.2. Təşkilat Komitəsi:
- bu Əsasnaməyə və Çempionatın Reqlamentinə iştirakçılar tərəfindən riayət olunmasına nəzarət edir;
- Çempionatın nəticələrini təsdiq edir, qalibləri müəyyən edir;
- mübahisəli vəziyyətlərdə qərar qəbul edir;
- Çempionatın keçirilməsi barədə hesabat hazırlayır;
- Çempionatın digər icraiyyə orqanlarını və nümayəndələri təsdiq edir;
- Nümayəndələrlə icraiyyə orqanları arasında informassiya mübadiləsini təşkil və koordinassiya edir;
- Çempuionatın keçirilməsi ilə əlaqədar digər hərəkətləri həyata keçirir.
3.3. Təşkilat Komitəsi kollegial orqandır. Təşkilat Komitəsinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin bərabərliyi halında Təşkilat Komitəsinin Sədrinin səsi əsas götürülür. Təşkilat Komitəsi həm əyani həm də qiyabi (müasir rabitə vasitələrindən istifadə etməklə) iclaslar keçirə bilər. Təşkilat Komitəsinin qərarları qəti xarakter daşıyır.
3.4. Təşkilat Komitəsinin qərarları və onun üzvlərinin Çempionatın gedişi və təşkilinə dair göstərişləri Çempionat iştirakçıları üçün məcburidir.
3.5. Təşkilat Komitəsi bu Əsasnaməni, Reqlamenti, Təşkilat Komitəsinin qərarlarını və onun üzvlərinin Çempionatın gedişi və təşkilinə dair göstərişlərini icra etməyən şəxslərə aşağıdakı sanksiyaları tətbiq edə bilər: xəbərdarlıq, qeydiyyatdan imtina, qeydiyyatın ləğv edilməsi, nəticələrin ləğv edilməsi, diskvalifikasiya.
4. Çempionatın keçirilmə tarixi
4.1. Çempionatın keçirilməsinin dəqiq tarixi Təşkilat Komitəsinin qərarı ilə müəyyən edilir.
4.2. Çempionatın oyunları final xarakteri daşıyan əyani turnir formasında keçirilir.
4.3. Bu Əsasnamada göstərilmiş müddətlər, yarışın keçirilmə yeri və vaxtı müvafiq maraqlı şəxslər ağlabatan müddət ərzində əvvəlcədən məlumatlandırılmaqla Təşkilat Komitəsinin qərarı ilə dəyişdirilə bilər.
4.4. Çempionatın oyunlarının keçirilmə qaydalarını, komandaların xal qazanması və qaliblərin müəyyən edilməsi qaydalarını müəyyən edən Reqlament bu Əsasnaməyə əlavə edilir. Çempionat oyunlarının keçirilməsi zamanı Reqlamentin göstərişləri Çempionatın iştirakçıları üçün məcburidir.
5. Çempionatın iştirakçıları
5.1. Bu Əsasnamənin və Reqlamentin tələblərinə cavab verən hər birində 6 əsas (onlardan biri kapitan olmaqla) oyunçu olan istənilən komanda Çempionatın iştirakçısı ola bilər.
5.2. Komandaların qeydiyyatı müvafiq nümayəndələr tərəfindən həyata keçirilir.
5.3. Komandaların adı, oyunçularının soyadı, adı və atasının adı (kapitan haqqında qeydlə birlikdə), təvəllüdü, telefonu və elektron poçt ünvanı komandanın kapitanı
tərəfindın doldurulan və komandanın bu Əsasnamə və Reqlamentlə tanışlığını və onunla razılığını ifadə edən imzası ilə təsdiq edilən sifariş vərəqəsində göstərilməlidir. Sifariş vərəqəsinin nümunəsi bu Əsasnaməyə əlavə olunur.
6. Yekun müddəalar
6.1. Çempionatın keçirilməsi Təşkilatçılar tərəfindən maliyyələşdirilir.
6.2 Çempionatın qalibləri Təşkilat Komitəsi tərəfindən mükafatlandırılır.
6.3. Çempionatın keçirilməsi və qaliblərinin mükafatlandırılması məqsədi ilə əlavə olaraq sponsorlar cəlb edilə bilər.
6.4. Çempionatın başlanması, gedişi və yekunları barədə müntəzəm olaraq KİV vasitəsi ilə məlumatlar veriləcək, Çempionatın keçirilməsi haqqında dövlət və özəl televiziya kanallarından süjetlər göstəriləcək.
6.5. Çempionatın suallarından digər yarışların keçirilməsində yalnız Təşkilat Komitəsinin razılığı əvvəlcədən alınmaqla istifadə oluna bilər.
6.6. Bu Əsasnamə və Reqlament Çempionatının təşkilinin və Çempionat oyunlarının keçirilməsinin bütün hallarını tənzimləmir. Bu Əsasnamə və Reqlament ilə tənzimlənməyən məsələlər Bu Əsasnamə və Reqlamentə zidd olmamaq şərti ilə Təşkilat Komitəsi, onun üzvləri və ya Təşkilat Komitəsinin səlahiyyətli nümayəndələri tərəfindən həll olunur.
Respublika gününə həsr olunmuş«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə Azərbaycan dilində II Azərbaycan ÇempionatıhaqqındaƏ S A S N A M Ə1. Məqsəd və vəzifələr1.1. Respublika gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan dilində II Azərbaycan Çempionatı (bundan sonra mətndə Çempionat) məqsədi dövlət dilində intellektul oyunların təbliğ olunmasından, intellektual oyunlar hərəkatının kütləviləşməsinin təmin edilməsindən, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə güclülərin müəyyən edilməsindən ibarətdir.1.2. İntensiv intellektual istiqamətli asudə vaxtın səmərəli keçirilməsi, Azərbaycanın zəngin milli mədəniyyətinin təbliği, gənclərin intellektual yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şəraitin yaradılması, qoyulmuş problemlərin həllinə qeyri-standart yanaşmanın stimullaşdırılması, tərbiyəsi, habelə qoyulmuş problemlərin praktiki həllinə yaradıcı yanaşma vərdişlərinin stimullaşdırılmasına dəstək verilməsi Çempionatın vəzifələridir2. Çempionatın təsisçisi və təşkilatçısı2.1. Çempionatın təşkilatçısı Azərbaycan Respublikası Gənclər və İdman Nizirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Atşəgah İntellektual Oyunlar Klubu” İctimai Birliyidir.2.2. Təşkilatçılar Çempionatın Əsasnaməsini, Reqlamentini təsdiq edir, Təşkilat Komitəsini formalaşdırır.3. Təşkilat Komitəsi3.1. Təşkilat Komitəsi Çempionatın icraiyyə orqanıdır və Çempionatın hazırlanması, təşkili və koordinassiyası onun səlahiyyətinə aiddir.3.2. Təşkilat Komitəsi:- bu Əsasnaməyə və Çempionatın Reqlamentinə iştirakçılar tərəfindən riayət olunmasına nəzarət edir;- Çempionatın nəticələrini təsdiq edir, qalibləri müəyyən edir;- mübahisəli vəziyyətlərdə qərar qəbul edir;- Çempionatın keçirilməsi barədə hesabat hazırlayır;- Çempionatın digər icraiyyə orqanlarını və nümayəndələri təsdiq edir;- Nümayəndələrlə icraiyyə orqanları arasında informassiya mübadiləsini təşkil və koordinassiya edir;- Çempuionatın keçirilməsi ilə əlaqədar digər hərəkətləri həyata keçirir.3.3. Təşkilat Komitəsi kollegial orqandır. Təşkilat Komitəsinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin bərabərliyi halında Təşkilat Komitəsinin Sədrinin səsi əsas götürülür. Təşkilat Komitəsi həm əyani həm də qiyabi (müasir rabitə vasitələrindən istifadə etməklə) iclaslar keçirə bilər. Təşkilat Komitəsinin qərarları qəti xarakter daşıyır.3.4. Təşkilat Komitəsinin qərarları və onun üzvlərinin Çempionatın gedişi və təşkilinə dair göstərişləri Çempionat iştirakçıları üçün məcburidir.3.5. Təşkilat Komitəsi bu Əsasnaməni, Reqlamenti, Təşkilat Komitəsinin qərarlarını və onun üzvlərinin Çempionatın gedişi və təşkilinə dair göstərişlərini icra etməyən şəxslərə aşağıdakı sanksiyaları tətbiq edə bilər: xəbərdarlıq, qeydiyyatdan imtina, qeydiyyatın ləğv edilməsi, nəticələrin ləğv edilməsi, diskvalifikasiya.4. Çempionatın keçirilmə tarixi4.1. Çempionatın keçirilməsinin dəqiq tarixi Təşkilat Komitəsinin qərarı ilə müəyyən edilir.4.2. Çempionatın oyunları final xarakteri daşıyan əyani turnir formasında keçirilir.4.3. Bu Əsasnamada göstərilmiş müddətlər, yarışın keçirilmə yeri və vaxtı müvafiq maraqlı şəxslər ağlabatan müddət ərzində əvvəlcədən məlumatlandırılmaqla Təşkilat Komitəsinin qərarı ilə dəyişdirilə bilər.4.4. Çempionatın oyunlarının keçirilmə qaydalarını, komandaların xal qazanması və qaliblərin müəyyən edilməsi qaydalarını müəyyən edən Reqlament bu Əsasnaməyə əlavə edilir. Çempionat oyunlarının keçirilməsi zamanı Reqlamentin göstərişləri Çempionatın iştirakçıları üçün məcburidir.5. Çempionatın iştirakçıları5.1. Bu Əsasnamənin və Reqlamentin tələblərinə cavab verən hər birində 6 əsas (onlardan biri kapitan olmaqla) oyunçu olan istənilən komanda Çempionatın iştirakçısı ola bilər.5.2. Komandaların qeydiyyatı müvafiq nümayəndələr tərəfindən həyata keçirilir.5.3. Komandaların adı, oyunçularının soyadı, adı və atasının adı (kapitan haqqında qeydlə birlikdə), təvəllüdü, telefonu və elektron poçt ünvanı komandanın kapitanıtərəfindın doldurulan və komandanın bu Əsasnamə və Reqlamentlə tanışlığını və onunla razılığını ifadə edən imzası ilə təsdiq edilən sifariş vərəqəsində göstərilməlidir. Sifariş vərəqəsinin nümunəsi bu Əsasnaməyə əlavə olunur.6. Yekun müddəalar6.1. Çempionatın keçirilməsi Təşkilatçılar tərəfindən maliyyələşdirilir.6.2 Çempionatın qalibləri Təşkilat Komitəsi tərəfindən mükafatlandırılır.6.3. Çempionatın keçirilməsi və qaliblərinin mükafatlandırılması məqsədi ilə əlavə olaraq sponsorlar cəlb edilə bilər.6.4. Çempionatın başlanması, gedişi və yekunları barədə müntəzəm olaraq KİV vasitəsi ilə məlumatlar veriləcək, Çempionatın keçirilməsi haqqında dövlət və özəl televiziya kanallarından süjetlər göstəriləcək.6.5. Çempionatın suallarından digər yarışların keçirilməsində yalnız Təşkilat Komitəsinin razılığı əvvəlcədən alınmaqla istifadə oluna bilər.6.6. Bu Əsasnamə və Reqlament Çempionatının təşkilinin və Çempionat oyunlarının keçirilməsinin bütün hallarını tənzimləmir. Bu Əsasnamə və Reqlament ilə tənzimlənməyən məsələlər Bu Əsasnamə və Reqlamentə zidd olmamaq şərti ilə Təşkilat Komitəsi, onun üzvləri və ya Təşkilat Komitəsinin səlahiyyətli nümayəndələri tərəfindən həll olunur.


Heç vaxt düşünməyin ki, hər hansı bir fikir ilk olaraq sizin ağlınıza gəlib !
 
L-TURK Tarix: Bazar ertəsi, 10.Мая.2010, 16:55 | Xəbər # 3
Генералиссимус
Qrup: İstifadəçilər
xəbərlər: 15
Status: Offlayn
Bir şeyi əlavə edim ki, Oqtay Məhərrəmovun dediyi kimi klublar üçün hər hansı kvota yoxdur. Hansı komandalar daha tez sifariş vərəqələrini təqdim etsələr onlar qeydiyyata alınacaq. Ancaq Park İnn-də cəmi 30 komandaya yer var. Tələsin, uşaqlar.

Kapitanlar, www.chgk.az/forum daxil olmaqla sifariş vərəqələrini yükləyə bilərsiniz.

SİM klubdan təxminən 4-5 komandanın getməsini istərdim. Sifariş vərəqələri və ödəniş haqqı (20 azn) hazır olan komanda dərhal mənimlə əlaqə saxlasın. (055) 795 02 85 Ruslan S.Zeynalov

Buyurun müzakirə edin...


Heç vaxt düşünməyin ki, hər hansı bir fikir ilk olaraq sizin ağlınıza gəlib !

Xəbəri redaktə etdi L-TURK - Bazar ertəsi, 10.Мая.2010, 16:56
 
Elsamir Tarix: Çərşənbə axşamı, 11.Мая.2010, 17:17 | Xəbər # 4
FORUM GENERALI
Qrup: İstifadəçilər
xəbərlər: 97
Status: Offlayn
salam, mən artıq Oktay Məhərrəmova sifarşçi vərəqəsini təqdim etdim
bizi qeydə aldı (Köhnə Gimnazistləri)
ondan aldığım məlumata görə qeydiyyatdan keçən ilk 30 komandadan sonra qeydiyyat dondurulacaq
odur ki digər Simclub komandaları, aktiv olun

P.S. müraciət edən komanda çox olarsa komanda sayının 34-35-ə artırılması gözlənilir(Oktay Məhərrəmov)


realist ol, mümkünsüzü istə

Xəbəri redaktə etdi Elsamir - Çərşənbə axşamı, 11.Мая.2010, 17:18
 
Mr13 Tarix: Cümə, 14.Мая.2010, 16:22 | Xəbər # 5
Administrator
Qrup: Administrator
xəbərlər: 10
Status: Offlayn
Bu Oktay Məhərrəmovun II Azərbaycan çempionatına aid forumdan yazısıdır.

Qeydiyyatdan keçiblər:

1. Gənclik
2. Evrika
3. Land of Fire
4. Sumreturn
5. Dream – Team
6. Palitra
7. Alliance
8. KiPl
9. Delta Force
10. Walküre
11. İstiqlal
12. Köhnə Gimnazistlər
13. “TM-9”
14. Artosfera
15. Just in Time
16. Sakit
17. Faiq Hüseynov
18. Oğuz
19. Slon v udave
20. Triumf
21. Cihad
22. Veni Vidi Vici
23. Köhnə tüfəng

Xatırladım ki, Park İnn cəmi 30 komandanı qəbul etmək imkanındadır !!!


Salam Aleykum va Rahmatullahi va Barakatuh (Size Allahdan (C.C) salamatchiliq Rehmet ve Bereket arzulayiram)
 
Elsamir Tarix: Cümə, 14.Мая.2010, 16:26 | Xəbər # 6
FORUM GENERALI
Qrup: İstifadəçilər
xəbərlər: 97
Status: Offlayn
Sumqayıtdan 3 komandadı helelik he?

realist ol, mümkünsüzü istə
 
Elsamir Tarix: Şənbə, 15.Мая.2010, 18:36 | Xəbər # 7
FORUM GENERALI
Qrup: İstifadəçilər
xəbərlər: 97
Status: Offlayn
1. Gənclik
2. Evrika
3. Land of Fire
4. Sumreturn
5. Dream – Team
6. Palitra
7. Alliance
8. KiPl
9. Delta Force
10. Walküre
11. İstiqlal
12. Köhnə Gimnazistlər
13. “TM-9”
14. Artosfera
15. Just in Time
16. Sakit
17. Faiq Hüseynov
18. Oğuz
19. Slon v udave
20. Triumf
21. Cihad
22. Veni Vidi Vici
23. Köhnə tüfəng
24. İstiqlaliyyət-6
25. Xavər Babazadə
26. Kranium
27. Pentakl
28. İmmortal
29. Unknowns
30. Mafia


realist ol, mümkünsüzü istə
 
Elsamir Tarix: Çərşənbə, 19.Мая.2010, 18:50 | Xəbər # 8
FORUM GENERALI
Qrup: İstifadəçilər
xəbərlər: 97
Status: Offlayn
Respublika gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan dilində II Azərbaycan Çempionatında iştirak etmək üçün qeydiyyat prosesi başa çatdı. Aşağıdakı komandalar 22 may 2010-cu il tarixdə keçiriləcək Çempionatda Azərbaycan Çempionu adı uğrunda mübarizə aparacaqlar:

1. Gənclik (Kərimov Nicat)
2. Evrika (Rüstəmov Murad)
3. Land of Fire (İsmayılov Orxan)
4. Sumreturn (Tarverdiyev Azər)
5. Dream – Team (Abbasov Orxan)
6. Palitra (Əliyeva Günay)
7. Alliance (Ağayev Tofiq)
8. KiEv (Atalıyev Elgün)
9. Delta Force (Ajennadjat Jalə)
10. Walküre (Əhmədov Əli)
11. İstiqlal (Ramazanov Nicat)
12. Köhnə Gimnazistlər (Elyazlı Samir)
13. “TM-9” (Məsimli Emin)
14. Artosfera (Salamov Seymur)
15. Just in Time (Nağı Fərid)
16. Sakit (İsmayılov Əli)
17. Faiq Hüseynov (Hüseynov Faiq)
18. Oğuz (Yetirmişli İlkin)
19. Slon v udave – SVU – (İbrahimova Nigar)
20. Triumf (Hüseynov Fərrux)
21. Veni Vidi Vici (Teymurov Seymur)
22. Köhnə tüfəng (Qasımov Anar)
23. İstiqlaliyyət-6 (Niyazov Elçin)
24. Xavər Babazadə (Babazadə Xavər)
25. Kranium (Səlimov Taleh)
26. Pentakl (Dadaşlı Əkbər)
27. İmmortal (Axundov Şakir)
28. Unknowns (Dadaşov Vüqar)
29. Mafiya (Zeynalov Vüqar)
30. Armada (Rzazadə Anar)
31. Fortuna (Novruzov Fərrux)
32. Ekvilibrium (Əhmədov Taleh)
33. The Best Union (Süleymanov Səyad)
34. Düha (Əsədov Rafiq)
35. Borçalı (Həsənov Elvin)
36. Qafqaz (Məmmədli Kənan)

Çempionatın oyunları 22 may 2010-cu il tarixdə Park İnn Otelinin “Dan Ulduzu” zalında baş tutacaq.

Birinci sual saat 11:00-da oxunacaq. Komandalar saat 10:30-dan gec olmamaq şərti ilə Park İnn Otelinində olmalıdırlar.


realist ol, mümkünsüzü istə
 
Elsamir Tarix: Çərşənbə, 19.Мая.2010, 18:51 | Xəbər # 9
FORUM GENERALI
Qrup: İstifadəçilər
xəbərlər: 97
Status: Offlayn
əgər Kənangil də Simclub adından gedirsə Respublika çempionatında Sumqayıtı 5 komanda təmsil edəcək

realist ol, mümkünsüzü istə
 
IDEAL Tarix: Çərşənbə, 19.Мая.2010, 21:17 | Xəbər # 10
Generalissimus
Qrup: İstifadəçilər
xəbərlər: 31
Status: Offlayn
Eldorado və Ideal da gedir. Bəs onların adı hardadı?

Yəni bizi qeydiyyatdan keçirtməyiblər :'(


Günəşin arxasınca qaçma. Sen səmanı əldə et günəş özü sənə tərəf gələcək.
 
Elsamir Tarix: Çərşənbə, 19.Мая.2010, 22:35 | Xəbər # 11
FORUM GENERALI
Qrup: İstifadəçilər
xəbərlər: 97
Status: Offlayn
yəqin gecikmisiz

realist ol, mümkünsüzü istə
 
Mr13 Tarix: Cümə axşamı, 20.Мая.2010, 11:37 | Xəbər # 12
Administrator
Qrup: Administrator
xəbərlər: 10
Status: Offlayn
Çox çətin mübarizə olacaq uşaqlar, çox çətin

Salam Aleykum va Rahmatullahi va Barakatuh (Size Allahdan (C.C) salamatchiliq Rehmet ve Bereket arzulayiram)
 
L-TURK Tarix: Cümə axşamı, 20.Мая.2010, 13:45 | Xəbər # 13
Генералиссимус
Qrup: İstifadəçilər
xəbərlər: 15
Status: Offlayn
Quote (IDEAL)
Eldorado və Ideal da gedir. Bəs onların adı hardadı?

İdeal və Eldorado komandaları qeydiyyatdan keçirilməyib. Narahat olmayın, növbəti yarışmalarda.


Heç vaxt düşünməyin ki, hər hansı bir fikir ilk olaraq sizin ağlınıza gəlib !
 
Elsamir Tarix: Cümə axşamı, 20.Мая.2010, 14:28 | Xəbər # 14
FORUM GENERALI
Qrup: İstifadəçilər
xəbərlər: 97
Status: Offlayn
Quote (Mr13)
Çox çətin mübarizə olacaq uşaqlar, çox çətin

çətinliyə alışmağa başlasaq yaxşı olar


realist ol, mümkünsüzü istə
 
IDEAL Tarix: Cümə axşamı, 20.Мая.2010, 16:51 | Xəbər # 15
Generalissimus
Qrup: İstifadəçilər
xəbərlər: 31
Status: Offlayn
1-ci Azərbaycan çempionatının sualları çox çətin idi. Qaydalar isə çox sərt idi.
Məsələn Düz Cavab: Vaqif Səmədoğlu dünyaya gəlmişdi idi.
Ancaq bir komanda cavab kartına belə yazmışdı; Səməd Vurğunun övladı dünyaya gəlmişdi (Vaqif Səmədoğlu)
Bu cavab apelyasıya verildi. Mötərizədə dəqiqləşdirmə olduğu üçün götürmədilər. Sonra yadımda deyil Apelyasiya prosesində nə baş verdi.
Belə mənasız yerə xal itirməyin.

Hamıya UĞURLAR!


Günəşin arxasınca qaçma. Sen səmanı əldə et günəş özü sənə tərəf gələcək.
 
Forum » Turnirlər » Ölkə turnirləri » Azərbaycan dilində II Azərbaycan çempionatı (Müzakirə...)
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Поиск:

Renessan© 2024
Конструктор сайтов - uCoz