Bazar, 12.Мая.2024
İntellek2allar klanı
[ Yeni məlumatlar · İştirakçılar · forumun qaydaları · axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Модератор форума: SIMsim, L-TURK, Abettor, Elsamir  
Forum » Turnirlər » Sumqayıt turnirləri » VIII dövrə III tur (eldorado ft. ideal)
VIII dövrə III tur
Elsamir Tarix: Bazar, 20.Февраля.2011, 17:48 | Xəbər # 1
FORUM GENERALI
Qrup: İstifadəçilər
xəbərlər: 97
Status: Offlayn
Sualları müzakirə üçün yerləşdirin.

realist ol, mümkünsüzü istə
 
Rufet_GS Tarix: Bazar, 20.Февраля.2011, 20:06 | Xəbər # 2
Рядовой
Qrup: İstifadəçilər
xəbərlər: 6
Status: Offlayn
Quote (Elsamir)
Sualları müzakirə üçün yerləşdirin.

Samir yerlewdirmeyi bacarmiram
 
Elsamir Tarix: Bazar, 20.Февраля.2011, 21:40 | Xəbər # 3
FORUM GENERALI
Qrup: İstifadəçilər
xəbərlər: 97
Status: Offlayn
copy paste ele da? mwmkwn deyilse menim e-mailime göndər: elsamir@mail.ru

realist ol, mümkünsüzü istə
 
Rufet_GS Tarix: Bazar, 20.Февраля.2011, 22:00 | Xəbər # 4
Рядовой
Qrup: İstifadəçilər
xəbərlər: 6
Status: Offlayn
1. Ərəb dünyasında az-çox müstəqil olan qəzetlər Misir xalqının Mübarəkə qoşduğu lətifələri həvəslə yaymaqdadır. Onlardan birini dinləyin:
Mübarək rejimin önəmli fiqurlarından olan Nasifi suala tutur: “Düzünü de görüm prezident kimi Camal Nasir yaxşıdır, yoxsa mən”.
Nasif deyir: “Əlbəttə ki, Siz. Nasir ruslardan qorxurdu”.
Mübarək: “Kim daha yaxşı prezidentdir, mən yoxsa Ənvər Sadat?”
Nasif: “Əlbəttə ki, Siz. Sadat amerikalılardan qorxurdu”. Mübarək: ”Okey. Mən yaxşı rəhbərəm ,yoxsa Ömər(Allah ondan razı olsun)?
Nasif : ”Əlbəttə ki, Siz. ”
Sual: Nə üçün Nasif Mübarəki Ömər(r.a)dan üstün hesab edirdi?
Cavab: Çünki Ömər Allahdan qorxurdu...
Şərh: Mübarəkdə ALLAHDAN da qorxu yoxdur.
Mənbə: http://www.musavat.com/new/Son_x%C9%99b%C9%99r/95081-M%C3%9CBAR%C6%8FK%C4%B0__YIXAN_L%C6%8FT%C4%B0F%C6%8FL%C6%8FR
2. Qədim dünyanın yenilməz, bütün maneələri dəf edən ordusu Assuriyaya məxsus idi. Assur əsgərləri daim öz yanlarında dəri tuluq gəzdirirdilər. Bu dəri tuluq nə məqsədlə istifadə edilirdi?
CAVAB: çayları keçərkən dəri tuluğa hava üfürür və onun üzərinə çıxıb üzərək çayı keçirdilər

3. Məşhur ingilis yazıçısı Çarlz Dikkens kimin sirrini özü ilə qəbrə aparıb?
Cavab: Edvin Drudun sirrini
Şərh: “Edvin Drudun sirri” Çarlz Dikkensin sonuncu və yarımçıq qalmış əsəridir. Bu baxımdan yazıçının sərlə bağlı müəyyənləşdirdiyi süjet xəttinin yekunu da naməlum qalıb.

4. Bir dəfə Çörçilldən soruşurlar ki, nə üçün İngiltərədə antisemitizm yoxdur?
O, necə cavab verdi?
Cavab: Çünki ingilislər yəhudiləri özlərindən ağıllı hesab etmirlər.

5. Alisanın Göyərçinlə dialoqu zamanı Göyərçin balaca qızların ilanların bir növü olmasını QARA QUTUDAKI ilə əlaqələndirir. DİQQƏT SUAL: QARA QUTUdakı nədir?
CAVAB: Yumurta

6. XV Lüdoviq 10 may 1774-cü ildə gecə saat 11-də vəfat etdi. Bundan sonra pəncərələr açıldı və tarixdə ilk dəfə «Le Roi est mort, vive le Roi!» sözləri pəncərədən deyildi. Beləliklə, Fransa taxtına yeni kral gəldi: XVI Lüdoviq.
Diqqət sual. «Le Roi est mort, vive le Roi!» sözlərinin fransızcadan dilimizə tərcüməsi necədir?
Cavab: Kral öldü, yaşasın kral!
Şərh: Bundan sonra Fransada kralın vəfatı və yeni kralın elanı bu ifadə ilə bildirilirdi.

7. Nə üçün Qədim Romada triumfiratorun sifətini al – qırmızı rəngə boyayırdılar?
Cavab: Ona verilmiş şərəfdən doğan sevincin bilinməməsi üçün

8. Tarixdə onların ilk dəfə yaradılması və tətbiqi XX əsrin I yarısına təsadüf edib. İlk istifadə olunanın adı “Little boy” idi. İkincisi isə “Fat Man” adlanırdı. Siz isə “Little boy” və “Fat Man”ın hazırlanması proyektinin adını yazın.
Cavab: Manhetten proyekti
Şərh: “Little boy” Xirosimaya, “Fat Man” isə Naqasakiyə buraxılmış atom bombalarının adlarıdır. İlk atom bombalarının ABŞ-da hazırlanması Manhetten proyektinə əsasən reallaşdırılmışdı.

9. BUNA bir şairin nəticəsiz qalan axtarış obyektində rast gəlmək olar. BU Ukraynanın Luqan dairəsində 1963-cü ildə yaradılmış bir şəhərin adıdır. BU 6 dekabr 1741-ci ilə kimi “Rusiya generallissumusu” adlanmış xətt gəmisinin adıdır. BU rejissor Todd Solondzun 1998-ci ildə qızıl Palma budağını qazanmış filmidir. Nəhayət, BU hər birinizin can atdığınız, lakin mütləq mənada nail olmadığınız bir fenomendir. BU nədir?
Cavab: Xoşbəxtlik
Şərh: Şair Moşu Göyəzənli isə xoşbəxtliyə axtardığı qafiyəni tapa bilmədi ki, bilmədi. Digər bütün adı çəkilən məlumatların cavabı elə XOŞBƏXTLİKDİR!

10. Diqqət, rekvizit!

Rekvizitdə Kopenhagen şəhərindəki bir obyektin bələdçi hissəsi verilib. Bu obyektin tikilməsi haqqında qərar ilk dəfə folketinq tərəfindən 1992-ci ildə qəbul olunsa da, həmin obyekt 2002-ci ildə ilk dəfə istifadəyə verilib. Şəkildə sizdən gizlədilən simvol həmin obyekti bildirir. Həmin simvolu latınlar 13-cü, slavyanlar isə 13 və 14-cü yerə layiq görüblər. Simvolu cavab kartınıza yazın.
Cavab: M

11. Nə üçün Molyerin vaxtında Fransada nümayiş olunan teatr aktları yarım saatdan çox davam etmirdi?
Cavab: Şamlar təxminən bu müddətdə yanıb qurtarırdı.

12. 2009-cu ildə Böyük Britaniyada Snikers və Marsın tərkibində şirinliyi 7%-ə qədər azaltdılar, lakin qiyməti əvvəlki kimi saxladılar. İstehsalçılar bunu nə ilə əsaslandırdılar?
Cavab: Biz vətəndaşlarımızın səhhətinin qeydinə qalaraq onların az yemələri üçün belə etdik.
Şərh: Məlumat üçün deyək ki, hər il dünyada onun satışından 2 milyard dollar gəlir götürülür. Ona görə də ola bilsin onlar öz müştərilərini itirməkdən qorxmurlar.

 
Elsamir Tarix: Bazar, 20.Февраля.2011, 22:25 | Xəbər # 5
FORUM GENERALI
Qrup: İstifadəçilər
xəbərlər: 97
Status: Offlayn
Nuranəylə əlaqə saxlaya bilsən, sualları yerləşdirməyi xahiş edərsən

realist ol, mümkünsüzü istə
 
Rufet_GS Tarix: Bazar ertəsi, 21.Февраля.2011, 17:11 | Xəbər # 6
Рядовой
Qrup: İstifadəçilər
xəbərlər: 6
Status: Offlayn
Quote (Elsamir)
Nuranəylə əlaqə saxlaya bilsən, sualları yerləşdirməyi xahiş edərsən

ok
 
Elsamir Tarix: Bazar ertəsi, 21.Февраля.2011, 21:18 | Xəbər # 7
FORUM GENERALI
Qrup: İstifadəçilər
xəbərlər: 97
Status: Offlayn
NƏTİCƏLƏR:

BU həftənin nəticələri:

Nə? Harada? Nə zaman?

Fərdi oyun:

Ümumi nəticələr:

Nə? Harada? Nə zaman?

Fərdi oyun:

Bərkitmə: 9765234.jpg (71.2 Kb) · 7364710.jpg (65.0 Kb) · 9873578.jpg (92.1 Kb) · 7764272.jpg (140.1 Kb)


realist ol, mümkünsüzü istə
 
Forum » Turnirlər » Sumqayıt turnirləri » VIII dövrə III tur (eldorado ft. ideal)
  • Страница 1 из 1
  • 1
Поиск:

Renessan© 2024
Конструктор сайтов - uCoz