Quote (eldorado-ATİLLA)
Mən öz komandamızdan daha yaxşı nəticə gözləyirdim... Həqiqətən biabırçılıqdır. Bizim kimi təcrübəli komanda məktəblilərin sırasında durur... Bu Eldorado üçün növbəti həyəcan təbilidir.
126 nömrəli məktəb biz idik. Transver olmuşduq yəni narahat olma. Eldaradonu 126 nömrəli ilə müqasiyə edib qəm eləməyə dəyməz. Suallar çətin idi. siyahıya baxsan bir çox təcrübəli komandalar 10-12 və s. toplayıblar. Məktəblərin vəziyyəti isə daha bərbaddı. O 5 xal toplayan məktəbində həqiqətən məktəb olması şübhəlidi.
126 nömrəlinin heyətində isə birinci tur Renessansdan iki oyunçu, Sim-Simdən Fuad, Vunderklasdan Seymur, var idi. 2-ci turda isə mən də 126-nömrəlinin heyətinə qoşuldum.
Düzdü çox səhv etdik çox. Elə ən məhşurları 4A əvəzinə A4 yazıblar yada tərsinə dəqiq yadımda deyil əsas odur götüməyiblər.
Sonra 1- () sonra " " işarəsi yazılmalı idi yerlərini səhv saldıq " " sonra () yazdıq götürmədilər. Xalça cavabını götürmədilər ki Azərbaycan xalçaları olmalıdı. Edelveysi tapdıq ancaq Qafqaza hücum yazdıq Bakıya hücum yazmadığımız üçün onuda götürmədilər. Fuad ermənilərin 150 illiyi ilə bağlı sualda nə dədər çalışdı ki, düz cavab budu. Ona qulaq asmadıq Türkmənçay müqaviləsi yazdıq.
Cavab kartı gedəndən sonra Kasperiski cavabı tapıldı. Hələ yadımda qalan bunlardı neçə sual oldu ki ip ucunu tapdıq ancaq cavabı tapa bilmədik. Mars məsələsi və s. İp ucunu düz tapdığımız halda cavabı dəqiqləşdirib inkişaf etdirməklə bağlı problem yaşayırdıq. Ancaq məraqlı oyun oldu.