QALİBLƏRİ TƏBRİK EDİRƏM!
Həqiqətən o anda bu nəticəyə sadəcə sevinmədim eyni zamanda sizinlə FƏXR ELƏDİM. 2 lənəti deyirsiz. Düzdü bəzilərinə bu bir zarafat kimi görünsədə mən ciddi faklarla qarşılaşdığım üçün belə bir lənətin mövcudluğuna inanıram. Sizə bir Sirrin üstünü açmaq istəyirəm. Məsələ Burasındadıki bu lənət sadəcə bu formatda olan oyunlarda deyil. Mən həmişə Sumqayıt idmançılarının bu lənətlə qarşılaşdığının şahidi olmuşam. Bunu statistika da sübut edir. Bu lənətin səbəbini isə mənə müsahibə götürdüyüm Sumqayıt idmançıları dəfələrlə izah edib. Əgər Sizdə ki lənətin səbəbidə onların lənətinin səbəbi ilə eynidisə onda 1-ci yer çox çətin məsələdi. Ancaq bu sözlərim heç kəsi Ruhdan salmasın mən inanıram ki biz SİM Klub AİLƏSİ olaraq hər cür lənəti qırmağa qadirik.
Keçək yarışın tənqidinə.
Ümumiyyətlə oyun maraqlı alındı çünki suallar məntiq yüklü normal suallar idi. Düzdü bəzi suallar çox fırladılmış suallar idi. İstərdim hamısı oriqinal olsun. Bir sözlə bəzi eşitdiyim sualların REMİX formaları ilə qarşılaşdım. Təşkilatçılığı bəyənmədim. 68 kamandanın cavablarını səhv etmirəmsə cəmi 2 nəfər yoxlayırdı və 4xalımızı yemələrindən məlum olurki çatdıra bilmirdilər. Hər turun sonunda şikayətlərə isə demək olar heç kəs baxmırdı. Ancaq bütün bunlara baxmayaraq oyun maraqlı alındığından və SumReturn kamandasının əldə etdiyi nəticə sayəsində evə xoş təəsuratlarla qayıtdım.